160 milyon xəstənin dərdinə çarə gəlir - Sentyabrdan satışda olacaq

  • 2017.08.07 18:32
  • 25105 Baxış
160 milyon xəstənin dərdinə çarə gəlir -  Sentyabrdan satışda olacaq
Hepatit C ilə mübarizə üçün yeni preparat satışa çıxarılır.


Bakutibb xəbər verir ki, AbbVie İnc kompaniyasının yaydığı məlumata görə, Maviret adlı dərman Avropa Birliyinin razılığı ilə sentyabrdan satılacaq.


Hepatit C-nin 6 formasını müalicə edəcək dərman 27 ölkədə 2800 pasiyent üzərində sınaqdan keçirilib. Qlekaprivir və  Pibrentasvir kombinasiyasından ibarət preparat 97 faiz pasiyentdə 8 həftə ərzində dayanıqlı UBO12 cavabı verib. 


Maviret virus əleyhinə preparatlar qrupuna aid olub, proteinlərin təsirini bloka alır, interferonsuz müalicəyə davam etdirilməsinə zəmin yaradır.

Əks təsiri baş ağrısı, yorğunluq və qarında ağrı ilə kifayətlənir. 


Xatırladaq ki, hazırda dünyada 160 milyon insan xroniki Hepatit C virusundan əziyyət çəkir. Yeni preparat bu rəqəmi xeyli azaltmaq məqsədilə bazara çıxarılır. 

 

Aygün