AFGEN-də ödənişsiz genetik müayinə - Türkiyədə təhsil almış mütəxəssislər

  • 2019.04.01 17:20
  • 12701 Baxış
AFGEN-də ödənişsiz genetik müayinə -  Türkiyədə təhsil almış mütəxəssislər
Gen xəstəlikləri arasında ən geniş yayılanı talassemiyadır. İllər öncə aşkarlanmasına və tibbin kifayət qədər inkişaf etməsinə baxmayaraq, talassemiyanın tam müalicəsini hələ də tapmaq mümkün olmayıb. Hazırda dünyada minlərlə insan bu xəstəlikdən əziyyət çəkir.

 

İldən-ilə talassemiyalıların sayında artım müşahidə olunur və statistikaya görə ölkədə talassemiya daşıyıcılarının sayı təxminən 800 min nəfərdən artıqdır.

 

Azərbaycan qan qohumluğu faizinin yüksək olduğu ölkə kimi talassemiyalı xəstələrin sayına görə risk qrupunda olan ölkədir. Bizdə talassemiyalı xəstələrlə yanaşı, talassemiya daşıyıcıları da kifayət qədərdir. 

 

Talassemiyanın qarşısını almaq mümkündürmü?


Medicina.az xəbər verir ki,  genetikaya dair müxtəlif suallara cavab tapmaq, genetik xəstəliklərin qarşısını almaq üçün konsultasiyalar keçmək və yetərincə maariflənmək məqsədilə  AFGEN GENETİK DİAQNOZ MƏRKƏZİNDƏ  pulsuz genetik müayinə həyata keçiriləcək. 


Müayinə 8-13 APREL tarixlərində genetika üzrə ekspertlər: İstanbul Universiteti Genetika bölümündə təhsil almış və İstanbul Tibb Fakültəsi Tibbi Genetikada ixtisaslaşmış genetik mütəxəssis Dr.Rza Ağayev və İstanbul Universiteti Molekulyar Biologiya və Genetika bölümündə təhsil almış genetik mütəxəssis Dr.İlahə Musayeva tərəfindən həyata keçiriləcək.

 

Əgər genetik müayinə, müalicəyə ehtiyacınız varsa, genetik xəstəliklərdən şübhələnirsizsə, talassemiya daşıyıcısı və xəstəsinizsə, bu müayinələrdən keçə bilərsiz.



Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında

•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
AFGEN-də ödənişsiz genetik müayinə -  Türkiyədə təhsil almış mütəxəssislər