Allergiyalı uşaq hansı həkimlərin nəzarətində olmalıdır? - Valideynlər bunları mütləq bilməlidir

  • 09 Fevral, 2019
  • 6090 Baxış
Allergiyalı uşaq hansı həkimlərin nəzarətində olmalıdır? - Valideynlər bunları mütləq bilməlidir

Allergiya hər bir insan orqanizmində mövcuddur. Bəzilərində isə bu çox qabarıqdır. Xüsusən azyaşlılarda qidalara qarşı reaksiya olur.

Bəs görəsən allergiyalı uşaqlarla necə rəftar olunmalıdır? Onları həkimə nə vaxt aparmaq məsləhətdir?  

Medicina.az bu suallara cavab axtarıb: 

Allergiyası olan uşaqlar mütləq həkimə müayinə olumalıdırlar. Lakin həkimə getməzdən əvvəl mütləq bir əlamətlər haqda məlumat toplamlısınız. Uşağı narahat edən amillər barədə həkimə dəqiq məlumat verməlisiniz. Bunlar aşağıdakılardır: 

Səpkilər hansı nahiyədə yaranır? Hansı sürtələ yayılır? Onunla mübarizə aparmaq üçün nələr edirsiniz?  

Mədə-bağırsaq traktında olan əlamətlər: ağrı, nəcisin tərkibinin dəyişməsi, yeməkdən sonra uşağın özünü aparması və s. 

Tənəffüs sistemində olan əlamətlər: öskürək, burun axıntısı, gözdən yaş axması və s.

Bu əlamətlərin yaranma səbəbi çox əhəmiyyətlidir. Uşaqda qida qəbulundan və ya hər hansı bir maddə ilə təmasdan sonra allergik əlamətlərin yarandığı həkimə müalicənin təyin olunmasında düzgün istiqamət verəcək. 

Həkimlə daimi olaraq əlaqədə olmalısınız. Həkimi uşağın vəziyyətindən və onda baş verən dəyişikliklərdən xəbərdar edin. Bu letal nəticənin vaxtında qarşını alamağa kömək edəcək. 

Allergiyalı uşaq mütləq aşağıdakı həkimlərin nəzarətində olmaldırlar: 

Dermatoloq – uşağın dərisində baş verən dəyişikliklərdən dermatoloq xəbərdar olmalıdır. 
Qastroenteroloq – o, uşağın nə cür qidalanmalı olduğu haqda bir sıra məsləhətlər verəcək.  
Pulmanoloq – tənəffüs sisteminin vəziyyətinə nəzarət edəcək. 
Allerqoloq – meydana çıxan allergik reaksiyaları vaxtında aşkarlayacaq. 
Parazitoloq və endokrinoloq. 

Arzu
Medicina.az