Aptekdə 40 qəpiyə satılan bu tablet sizi təmizləyib, cavanlaşdıracaq - 15 dərdə dərmandır

  • 2018.10.12 15:48
  • 26077 Baxış
Aptekdə 40 qəpiyə satılan bu tablet sizi təmizləyib, cavanlaşdıracaq -  15 dərdə dərmandır
Apteklərdə illərin sınanmış vasitəsi qara kömür – absorbizə edici preparat təkcə zəhərlənmələrdə istifadə olunmur. Qara kömür tableti ilə siz onlarla problemi aradan qaldıra bilərsiz.


Medicina. az qara kömürün faydalarını təqdim edir:

 

1. Köp və meteorizm əleyhinə


Normalda insan sutkada 14-16 dəfə qaz ifraz edə bilər. Yox əgər köp və meteorizm həddən artıq çoxdursa, sizi narahat edirsə, hətta köpdən qarın ağrıyırsa, yeməkdən öncə 3-4 tablet qara kömür atın.

 



2. Pis və yaxşı xolesterin


Qanda pis xolesterinin artması ürək-damar xəstəliklərini artırır. Tədqiqatlar göstərib ki, 1 ay ərzində gündə 3 dəfə qara kömür qəbul etmək pis xolesterinin faizini 40% aşağı salır, yaxşı xolesterini isə qaldırır.


3. Böyrəklərin sağlamlığı


Hər gün böyrəklər 140 litr qan təmizləyir, 1 litr sidik ifraz edir. Şəkər, duz, yağ, konservant qəbulu böyrəklərin özünü təmizləmə, filtrasiya funksiyasını pozur. Aktivləşdirilmiş kömür sidik turşusu və toksinləri bədəndən qovub çıxardığından, böyrəklərin də işini yüngülləşdirir.


4. Dəri təmizlənməsi


Dəri üzərindəki yağ, piy, kir, ölmüş hüceyrə qatını maqnit kimi özünə çəkərək, məsamələri təmizləyir, dərini hamar və təmiz edir.


5.Canlı saçlar


Baş dibi toksin, piy, kirlə örtülür, follikullar nəfəs ala bilmir, saçlar dibdən kirli və cansız olur. Kömür saç dibini təmizləyir, saçlara canlılıq və parlaqlıq verir. Şampunlardan fərqli olaraq kömür 100% təbii və zərərsizdir.


6. Dişlərin ağardılması


Dişlərin dərin təmizlənməsi, ləkələrin aparılması üçün bahalı prosedurlara getməyə ehtiyac yoxdur. Diş fırçasına əzilmiş qara kömür tableti töküv həftədə 2-3 dəfə dişləri sürtmək diş emalını təbii təmizləyib ağardır. 


7.Ağızdan pis qoxu


Aktivləşdirilmiş kömür turşu-qələvi balansını normallaşdırdığına görə, damaq və ağız boşluğundakı bakteriyaları məhv edir. 


8.Vaxtından əvvəl qocalmaya qarşı


Sübut olunub ki, müntəzəm qara kömür qəbul etdikdə orqanizmdən toksin və şlaklar təmizləndiyinə görə, insan cavan qalır, gec qocalır. Hollivud ulduzları bu sirri bildiyindən, qara kömürdən daima istifadə edirlər.
Aptekdə 40 qəpiyə satılan bu tablet sizi təmizləyib, cavanlaşdıracaq -  15 dərdə dərmandır