Babasilin çaytikanı yağı ilə müalicəsi – Möcüzəvi şam

  • 2018.02.19 18:19
  • 124260 Baxış
Babasilin çaytikanı yağı ilə müalicəsi –  Möcüzəvi şam
Babasil ( hemorroy) diaqnozu qoyulmuş xəstələr çaytikanı yağını həm daxilə qəbul etməli, həm də çaytikanı yağı tərkibli rektal şamlar hazırlayıb istifadə etməlidirlər.


Medicina.az təbii  babasil əleyhinə effektiv şam reseptini təqdim edir:


-1 çay qaşığı çaytikanı yağı ilə eyni miqdarda təmiz balı qarışdırın. 

-Bura 1 xörək qaşığı təmiz kərə yağı əlavə edib, qarışdırın və soyudun. 

-Çiy kartofun qabığını soyub, yuyub, kartofun ən bərk hissəsindən ucları yumru, 3-5 sm uzunluqda şam forması kəsin. 

-Bu şamı çaytikanı qarışığına batırıb, ehtiyatla rektal daxil edin. Gecədən səhərə kimi qalmalıdır.