Bakıda aptek satıcısı belə aldadıldı - VİDEO

  • 2017.10.30 14:40
  • 17878 Baxış
Bakıda aptek satıcısı belə aldadıldı -  VİDEO
Bakıda yeni dələduz peydə olub. 


Medicina.az xəbər verir ki, baku.ws-in redaksiyasına göndərilən videodan aydın olduğu kimi adı məlum olmayan şəxsin dələduzluğu lentə alınıb.


Belə ki, akademik Həsən Əliyev küçəsində yerləşən "Zeytun" aptekə daxil olan yaşlı kişi əczaçını aldadıb. 


O, aptekdə 100 AZN xırdalayaraq iki 50 AZN-lik edir. Daha sonra fırıldaqçı 50 AZN-i əczaçıya göstərərək dərman alır. Lakin, dələduz 50 AZN-i cibinə qoyub qalığı əczaçıdan götürür.


Həmin videounu təqdim edirik: