Bakıda orqan transplantasiyasına həsr olunmuş konfrans - Türkiyəli uzmanlar gələcək

  • 2019.02.11 16:48
  • 9750 Baxış
Bakıda orqan transplantasiyasına həsr olunmuş konfrans -  Türkiyəli uzmanlar gələcək

 

V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı keçiriləcək.


Medicina.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti (ATU) Tədris cərrahiyyə klinikasında baş tutacaq konfrans fevralın 15-də start götürəcək. 


Konfransın açılışını ATU-nun rektoru Gəray Gəraybəyli edəcək.


Konfransda azərbaycanlı mütəxəssislərlə yanaşı, türkiyəli uzmanlar da iştirak edəcək.


Tədbirdə "Qaraciyər transplantasiyası və hamiləlik”, "Qaraciyər transplantasiyasında dalaq və qreft elastorafisinin önəmi”, "Xenotransplantasyon” və s. mövzularda mühazirə olacaq.

 

Konfrans 2 paneldən ibarət olacaq. Birinci panelin sədri prof. S. Hadıyev, prof. Sezai Yılmaz, 2-ci panelinki isə prof. dr. Tevfik Tolga Şahin, prof. Nuru  Bayramov olacaq.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iştrakçılara 7 Davamedici Tibbi Təhsil Balı veriləcək. 


Konfrans I cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunub.

 


 


 

Bakıda orqan transplantasiyasına həsr olunmuş konfrans -  Türkiyəli uzmanlar gələcək