Bakıda suçiçəyinə bənzər virus yayılıb?

Bakıda koksaki adlı virusun yayıldığına dair xəbər yayılıb.
Medicina.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, daha çox uşaqlarda rast gəlinən bu xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə özünü səpkilərlə biruzə verir. Səpkilər əsasən ovucda, ağız ətrafında, dizdə və bədənin büküş hissələrində yaranır.
Səpkilər formasına görə suçiçəyinə bənzəsə də, həkimlər bu virusu fərqləndirirlər. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə bildirib ki, virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:
"Hələ ki, koksaki virusuna bizdə rast gəlinməyib. İndiyə kimi bu virusla bağlı müraciət edən də olmayıb”.
Rəsmi olaraq təkzib edilsə də, həkimlər xəbərdarlıq edir ki, virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər.
Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Xəstə halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ isə virusa yoluxan şəxsin çoxlu miqdarda maye qəbul etməsidir.
Digər xəbərlər
-
“Qənaətli ağ elektrik lampaları uşaqlarda görmə zəifliyi yaradır” –Məktəb və evdə olan təhlükəDaha ətraflı »
-
Alzaymer xəstəliyini aldatmağın yolları – İnanılmaz üsullarDaha ətraflı »
-
Uşağın psixi problemlərini onun dişlərindən görmək olur – Yeni ARAŞDIRMADaha ətraflı »
-
Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldiDaha ətraflı »
-
Nevralgiya ilə ürək ağrısını necə ayırd etməli?Daha ətraflı »
-
Qarında piy hansı xəstəliklərə səbəb olur? – Abdominal piylənmənin bəlalarıDaha ətraflı »
Copyright © 2017 Bakutibb.az, Bütün hüquqlar qorunur.