Bu hərəkət qadınları klimaks ağrılarından xilas edir - Ginekoloqdan YOQA AÇIQLAMASI

  • 2018.01.15 11:18
  • 26946 Baxış
Bu hərəkət qadınları klimaks ağrılarından xilas edir - Ginekoloqdan  YOQA AÇIQLAMASI
Qadınlarda klimaks dövrü ortalama 50, ən tez isə 35-40 yaşlarında başlaya bilər. Əl içi, bədən tərləməsi, ani istilənmə kimi əlamətlərlə özünü biruzə verir. Bu, əksər qadınlarda diskomfort hissi yaradır.


Amerikada aparılan yeni araşdırma isə bu əlamətlərdən qurtulmağa kömək edə bilər.


Medicina.az xəbər verir ki, ABŞ-dan 4, Hindistandan 3, Braziliya və Çindən 2, Almaniyadan 1 klinikada 1306 qadının iştirakı ilə aparılan araşdırma zamanı yoqanın klimaks əlamətlərini azaltdığı aşkar edilib. Araşdırma rəhbəri Holger Cramer yoqanın faydalarından danışıb:

"Yoqa depressiya, ruh halı dəyişimləri, yuxu problemləri kimi klimaks əlamətlərini azaldır. Ani gələn istilik, gecə tərləmə, yorğunluğu bu idman hərəkəti ilə minimum səviyyəyə çatdırmaq mümkündür”.


Cramer, yoqa ilə eyni zamanda bütün qadınların məşğul ola biləcəyini və bu hərəkətlərin onları rahatlaşdıracağını qeyd edib.

 



Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən ginekloq Ləman Əkbərovanın sözlərinə sörə, klimaks dövründə baş verən  proseslər hormonal dəyişikliklərdən yaranır:


"Bu səbəbdən yoqa baş verən əsas narahatlığı aradan götürmür. Lakin bəzi simptomların yüngülləşməsinə kömək edə bilər. Məsələn, əhvalı yaxşılaşdıracaq, çəki artıqlığını aradan götürəcək, qan dövranı yaxşılaşdığı üçün sümüklərdə ağrılar azala bilər”.

Mütəxəssis bildirib ki, adətən klimaksı 50 yaşdan yuxarı qadınlar daha çox keçirdiyi üçün yoqa zamanı edilən hər hərəkəti etmək tövsiyə edilmir.


"Burada təhlükəsizliyi də nəzərə almaq lazımdır. Əks halda istənilməyən nəticələr doğura bilər”, - deyə L. Əkbərova vurğulayıb.

 

Şəhanə Quliyeva
Bu hərəkət qadınları klimaks ağrılarından xilas edir - Ginekoloqdan  YOQA AÇIQLAMASI