Bu ilin əvvəlindən Kiyevdə qızılca xəstəliyindən ilk ölüm faktı qeydə alınıb

  • 2019.02.18 23:04
  • 4393 Baxış
Bu ilin əvvəlindən Kiyevdə qızılca xəstəliyindən ilk ölüm faktı qeydə alınıb
 

Bu ilin əvvəlindən Ukraynanın paytaxtı Kiyevdə qızılca xəstəliyindən ilk ölüm faktı qeydə alınıb.


Medicina.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Ukraynanın baş infeksionisti Olqa Qolubovskaya məlumat verib. Onun sözlərinə görə, Kiyevdə 57 yaşlı qadın qızılca xəstəliyindən ölüb.


Qeyd edək ki, 2019-cu ilin əvvəlindən Ukraynada qızılca xəstəliyindən 8 nəfər ölüb, onlardan ikisi uşaqdır.


Təkcə yanvar ayında Ukraynada 15 mindən artıq insan qızılcaya tutulub. Ən çox qızılca xəstəliyi tutan bölgə Ukraynanın qərbidir.


2017-ci ildən qızılca xəstəliyi yayılandan bəri Ukraynada 28 nəfər bu xəstəlikdən ölüb, onlardan 17-si uşaqdır.


Xatırladaq ki, 2018-ci ildə 54481 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 20204-ü böyük, 34277-si isə uşaqdır. Hesabat dövründə qızılca xəstəliyindən 16 nəfər həyatını itirib.