Bütün gün yatmaqla soyuqdəyməni müalicə etmək olar? - Yuxu ilə zökəmin ilginc bağlılığı

  • 2019.01.30 00:36
  • 13354 Baxış
Bütün gün yatmaqla soyuqdəyməni müalicə etmək olar? -  Yuxu ilə zökəmin ilginc bağlılığı

 

Çoxlu maye və C vitamini qəbulundan əlavə, zökəm olmuş insanın səhhətinə sakitlik də müsbət təsir göstərir. Mütəxəsislərinin sözlərinə görə, yuxunun insanın immun sisteminin işinə müsbət təsir etdiyi elmi təcrübələrlə sübut edilib. Heyvanlar üzərində aparılan tədqiqatlar sübut edib ki, onların yuxudan məhrum edilməsi virus və bakteriyalara qarşı dözümlülüyü azaldıb. Eksperimentlər göstərib ki, bu cür heyvanlar infeksiyalarla mübarizə etmək qabiliyyətindən məhrum olurlar.


Bəs adi burun axmasında dərhal yataq rejiminə keçmək düzgündürmü?


Medicina.az-ın xəbərinə görə, əgər siz artıq xəstələnmisinizsə, o zaman yatmaq sizin edəcəyiniz ən yaxşı müalicə ola bilər. Səbəbi isə orqanzimin virusla mübarizə apararaq enerji resusrslarını maksimum işlətməsidir.  


"Həqiqətən də yuxu sağalma prosesinə müsbət təsir edir. İnsan yatarkən orqanizm viruslarla maksimum həddə savaşa bilir. Bundan əlavə, yuxu zamanı beynin müqavimətə cavabdeh hissələri aktivləşir. Buna görə də xəstə insan həmişə yuxulu olur və yatmaq istəyir”, - deyə alimlər bildirir.


Buradan belə məlum olur ki, xəstə insan mütləq istirahət etməlidir. Buna görə də əgər xəstələndiyiniz hiss etsəniz, o zaman orqanziminizin viruslarla nüabirəzədən qalib çıxması üçün mütləq kifayət qədər yatmalısınız.


Arzu

Medicina.az