Dünyanın ən sağlam əhalisi bu ölkələrdədir - Azərbaycan siyahıda yoxdur

  • 2019.03.04 12:25
  • 22957 Baxış
Dünyanın ən sağlam əhalisi bu ölkələrdədir -  Azərbaycan siyahıda yoxdur

Dünyanın ən sağlam insanlarının yaşadığı ölkələrin reytinq siyahısı məlum olub. 


Medicina.az xəbər verir ki, məşhur "Bloomberg” Agentliyinin hazırladığı "ən sağlam ölkələr” siyahısına İspanya liderlik edib

Siyahı hazırlanarkən, insanların ortalama yaş həddi, həyatdan gözləntiləri, ətraf mühit, siqaretdən istifadə ortalaması və s. kimi məqamlar nəzərə alınıb.


Asiya qitəsinin "ən sağlam ölkəsi” isə Yaponiya olub. 


Qeyd edək ki, BMT rəqəmlərinə görə də İspaniya ən yüksək həyat tərzinə görə Avropa ölkələri arasında liderdir. 

Bu ölkədə orta ömür 2040-cı ilə qədər 86 yaşa qədər çıxacaq. 

Araşdırmaçıları hesab edir ki, siyahıya liderlik edən İspaniya və İtaliyada insanların daha sağlam olmasının səbəbləri bu ölkələrdəki qida rasionu ilə bağlıdır. 

Adıçəkilən ölkələrdə zeytun yağı və dəniz məhsulları çox istifadə edildiyi üçün ürək xəstəlikləri daha az müşahidə edilir. 

Dünyanın ən güclü ölkəsi hesab edilən ABŞ siyahıdı yalnız 35-ci yeri tuta bilib. Buna səbəb isə bu ölkədə insanların gənc yaşda narkotik maddələrin qurbanına çevrilməsidir. 

 

Aytac Zeynalova
relates to These Are the Worlds Healthiest Nations