Əməliyyat olunan Qənirə Paşayevadan xəbər var - “Mesaj yaza bilmirəm”

  • 2018.12.12 16:04
  • 11237 Baxış
Əməliyyat olunan Qənirə Paşayevadan xəbər var -  “Mesaj yaza bilmirəm”
Türkiyədə karpal tunel sindromu diaqnozu ilə əməliyyat olunan millət vəkili Qənirə Paşayeva səhhəti ilə bağlı açıqlama verib.


Medicina.az xəbər verir ki, o, 1 ay içərisində vəziyyətinin düzələcəyini qeyd edib:


"Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram.


Hər iki əlimdə "karpal tunel sindromu" diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə bilmədim, mesajlarınıza cavab yaza bilmədim.


Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram. İnşallah Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə, təxminən 1 ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər.


Yaradana şükürlər olsun. İnanıram ki, Onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”.

Həmçinin oxuyun: