Falqa kağızı ilə ağrılara son - UNİKAL METOD

  • 2018.03.07 19:15
  • 66250 Baxış
Falqa kağızı ilə ağrılara son -  UNİKAL METOD
Mətbəxdə və məişətdə istifadə olunan  aliminium falqa kağızının müalicəvi təsiri olduğunu yəqin ki, az adam bilir. Daha çox yemək bişirəndə sobada istifadə etdiyimiz falqa bir sıra ağlınıza gəlməyən xəstəlik və patologiyaların müalicəsində effektiv təsir göstərir. 


Bu materialın iltihabəleyhinə, ağrıkəsici təsir göstərdiyi sübut olunub. 

 


Falqanın təsiri:

-Oynaq, ayaq, bilək, diz, əzələ ağrılarını götürür

-Boyun ostexondrozunda

-İşias, podaqra, revmatizmdə

-Angina və qripdə 

-Yanıqlarda

-Fantom ağrılarda

-Yorğunluq və yuxusuzluqda

-Qalxanabənzər vəzi xəstəliklərində

-Bronxitdə

-Mədə-bağırsaq xəstəliklərində


İstifadəsi:

-Falqa kağızı antibiotikə alternativdir. Kağızı aşağı ətraflara 5 qat sarıyın. Hər qatın arasına adi kağız vərəqi qoyun. 1 saat sonra açın. Prosedur sutkada  3 dəfə edilir. 

-Baş, boyuna 3 qat sarılır

-Üzü təravətləndirmək üçün bir neçə falqa vərəqi buzxanaya qoyulur. Sonra orta ölçüdə kəsilib, alın, yanaq, çənə hissəyə qoyulur.  Bu üsul stressdə də təsir edir. 

-Bronxitlərdə kürəyə ağciyərlər üzərinə iri falqa kəsilib qoyulur, üzərindən pambıq parça sarılır

 



Falqa kağızının təsir sirri nədədir: belə ki, ağrıyan, zədələnən xəstə nahiyədə sərbəst enerji axını pozulur, energetik dəliklər yaranır. Falqadan olan körpülər xəstə nahiyədə bu dəlikləri qapayır, patologiyanı aradan qaldırır. Belə bir körpücükləri asanlıqla özünüz də hazırlaya bilərsiz:


Bunun üçün falqa rulonu, qayçı, leykoplastır lazımdır. Falqadan 1 sm enində, uzunluğu qoyulacaq nahiyədən bir qədər çox olan hissələr kəsilir. Sonra leykoplastırdan falqa hissəsindən 2 sm uzun uzun hissələr kəsilir. Falqalar plastırın üzərinə aralarında 5 mm ara olmaqla yapışdırılır. Körpü hazırdır. Onu ağrıyan nahiyəyə vertikal istiqamətdə yapışdırın. Əgər yapışdırmaq istədiyiniz nahiyə böyükdürsə, bir neçə körpücük düzəldin. Bu körpücüklər üzdə qırışların da aparılması üçün effektiv təsir edir. 

 


Əl altında olan adi falqa kağızından möcüzələr yaratmaq mümkündür. Sınamağa dəyər.  

Falqa kağızı ilə ağrılara son -  UNİKAL METOD
Falqa kağızı ilə ağrılara son -  UNİKAL METOD
Falqa kağızı ilə ağrılara son -  UNİKAL METOD