Gəlin öz toyunda uşaq dünyaya gətirdi - FOTO

  • 2018.01.02 21:26
  • 71165 Baxış
Gəlin öz toyunda uşaq dünyaya gətirdi -  FOTO
19 yaşlı qız toy günündə uşaq dünyaya gətirib. 


Medicina.az xəbər verir ki, 19 yaşlı Dani Mountford sevgilisi 18 yaşlı Karl Mountfordla nigahdan əvvəl yaxın münasibətdə olaraq hamilə qalıb. Qadın hamilə qalacağını gözləmədiyindən əvvəlcədən planlaşdırılmış toylarını təxirə salmayıblar.


İngiltərənən Midlands əyalətində baş verən maraqlı hadisə dünya mətbuatının diqqətini çəkib. Toy günü Dani 36 həftə 2 günlük hamilə olub. Bəy və gəlin rəqs edərkən, bir anda Daninin doğum sancıları başlayıb və o, toyun ortasında təcili olaraq xəstəxanaya çatdırılıb.


Cütlüyün toy günü bir qız övladı dünyaya gəlib. Qıza Jasmin adı verilib.

 

Toydan sonra bal ayına gedə bilməsələr də evli cütlük bundan peşman olmadıqlarını qeyd ediblər.

 

Gəlin öz toyunda uşaq dünyaya gətirdi -  FOTO
Gəlin öz toyunda uşaq dünyaya gətirdi -  FOTO
Gəlin öz toyunda uşaq dünyaya gətirdi -  FOTO