Ginekologiyada inqilabi dövr - Bir qan analizi ilə hamiləlik müddəti müəyyən edilə biləcək

  • 2018.06.09 11:12
  • 19763 Baxış
Ginekologiyada inqilabi dövr - Bir qan analizi ilə hamiləlik müddəti müəyyən edilə biləcək
Hamiləliyin müddətinin müəyyən edilməsinin yeni yolu tapılıb.

 

Medicina.az xəbər verir ki, bu barədə Stenford universitetinin alimləri dölün, plasentanın və ananın immun hüceyrələrinin RNT (Ribonuklein turşusu) miqdarı ilə bağlı qan analizi barədə məlumat veriblər.

 


Alimlərin fikrinə görə, hamiləlik müddətini müəyyən etmək üçün RNT qan analizi kifayət edir. Üstəlik USM müayinəsindən fərqli olaraq bu üsulla erkən doğum riskini 75 faiz ehtimalla müəyyən etmək olur.


Digər üstün cəhəti odur ki, hamilə ananın orqanizminə hər hansı müdaxilə olmur, hər hansı fəsadlaşma yaşanmır.

Ultrasəs müayinəsi qədər effektiv olan bu üsul dəfələrlə az xərc tələb edir. Mütəxəssislər onun hətta bəzi aspektlərə görə ənənəvi müayinə üsullarından daha effektiv olacağına inanır.


Bu metodun ginekologiyada inqilabi dəyişikliyə səbəb olacağı gözlənilir.