- Orqanizmə gün ortasında “restart” vermə effektiGünorta 15-20 dəqiqə mürgüləyin!

  • 2018.10.26 15:36
  • 17366 Baxış
 - Orqanizmə gün ortasında “restart” vermə effekti Günorta 15-20 dəqiqə mürgüləyin!
Günorta yeməyindən sonra mürgülüməyin faydaları hələ illər əvvəl müəyyən edilib. Bir çox Avropa ölkələrində günorta saatlarında iş yerləri müəyyən vaxt üçün bağlanır və insanlar yuxuya gedirlər. İşçilər bu cür qısa yuxulamanın ardından işlərinə daha enerjili davam edirlər. Amma təəssüf ki, bəzi ölkələrdə, o cümlədən də Azərbaycanda günorta yuxusu bir çoxları tərəfindən tənbəllik əlaməti kimi qəbul edilir. 


Medicina.az xəbər verir ki, araşdırmaya görə, sadəcə 15-20 dəqiqəlik qısa günorta yuxusu yaşam keyfiyyətini artırır. "Colorado Boulder” Universitetində aparılan tədqiqatlara görə, günorta yatmayan uşaqlarda həyat eşqi və maraq səviyyəsi aşağı düşür, narahatlıq çoxalıq, problemi həll etmə bacarığı azalır. Eyni nəticələr yetkin insanlarda da müşahidə edilir. Araşdırmaçılar mütəmadi olaraq günorta yatan yetkin insanlarda qavrama və hafizə qabiliyyətinin daha çox inkişaf etdiyini bilidiblər. 


Bəs günorta yuxusu niyə bu qədər önəmlidir? Çünkü günorta yuxusu sinir sistemində "yenidən başlat” düyməsinə basılmış kimi bir effekt verir. Beləliklə də yaddaş təzələnir və yeni məlumatlar üçün sahə açılır. 


Günorta yuxusunun bütün bu faydalarından yararlanmaq üçün onun müddətinin əhəmiyyəti çox böyükdür. Mütəxəssislərə görə, günün ortasında zehninizi təzələmək və enerjinizi yüksəltmək üçün 10-20 dəqiqə kifayətdir. Günotra yuxusunun müddəti uzandıqca, yenidən oyanıb günə davam etmək qabiliyyəti azalır. 


Bəs günorta yuxusunun nə kimi faydaları var? Ən əvvəl günorta yuxusu diqqəti, yaradıcılığı, faydalı iş əmsalını, yaddaşı və öyrənmə qabiliyyətini gücləndirir. Bundan əlavə, günorta yuxusu əhval-ruhiyyənizi artırır, stresinizi yox edir. Bütün bu sadalananları nəzərə alaraq sağlam, daima yüksək əhval-ruhiyyədə və rahat olmaq istəyirsinizsə, o zaman günorta yuxusuna bacardığınız qədər önəm verin.