Günün bu saatında 1 stəkan su iç, bioloji cavanlaş – Böyrəklərin xilası

  • 2019.04.05 21:27
  • 67021 Baxış
Günün bu saatında 1 stəkan su iç, bioloji cavanlaş –  Böyrəklərin xilası
Qədim Çin təbabətinə görə sutkada xüsusi aktiv saatlar vardır ki, o saatlarda müxtəlif orqanlara cavabdeh olan meridianlar aktivləşir. Məsələn, Yu Şi adlı saatda böyrək meridianları çalışır. Bu, axşam 17:00-19:00 arasıdır.


Medicina.az xəbər verir ki, əgər bu saatda siz maye qəbulunu artırsanız, yəni 1-2 stəkan su içsəniz, böyrəklərə kömək etmiş olub, orqanizmdən daha çox zərərli toksin, maddə çıxarmağa səbəb olacaqsız.


Günorta saat 15:00-da isə sidik kisəsi meridianı aktivləşir. Bu saat şlak və toksinlərin orqanizmdən atıldığı pik saatdır. Əgər bu saatda orqanizmdə sidiklə çıxmaq üçün yetəri qədər maye olmasa, zərərli maddələr sidik kisəsində çökür. 


Ona görə  bu saatlarda təmiz su qəbulunu artırın. Əgər buna əməl etsəniz, böyrəkləriniz və sidik kisəsi təmiz, sağlam olacaq. Çox böyrək problemləri sidik sisteminin düzgün işləməməsindən irəli gəlir. Bu saatlarda lazım olan qədər sidik yaranmadığı üçün qum, çöküntü, toksinlər sidik axarlarında qalır və daşa çevrilir.