Hamilə qadınları vaxtında qeydiyyata almayan mama-ginekoloqlar cəzalandırılıb - Baş mama-ginekoloq

  • 2019.01.22 17:01
  • 10869 Baxış
Hamilə qadınları vaxtında qeydiyyata almayan mama-ginekoloqlar cəzalandırılıb -  Baş mama-ginekoloq

2018-ci ildə 74 tibb işçisi cəzalandırılıb. 


Medicina.az xəbər verir ki, bunu Oxu.az-aaçıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.


Onun sözlərinə görə, 11 nəfər tibb işçisi işlərində yol verdikləri nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib:


"13 əməkdaşa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 25 nəfərə sadə töhmət verilib. 25 nəfərə isə xəbərdarlıq edilib”.


"Cəzalandırılan əməkdaşların içində həkim, mama-ginekoloq, həkim anestezioloq-reanimatoloq, şüa-diaqnostlar, həkim-cərrah, orta tibb işçiləri var. Mama-ginekoloqlar, tibb işçiləri hamilə qadını vaxtında müayinəyə cəlb etməyib, qeydiyyata almayıb. Həmin şəxslər cəzəlandırılıb”, - deyə baş mama-ginekoloq qeyd edib.