Hamiləlikdə bu qidaları yeyin - Uşağınız daha ağıllı olacaq

  • 2018.06.12 15:53
  • 15462 Baxış
Hamiləlikdə bu qidaları yeyin -  Uşağınız daha ağıllı olacaq
Yumurta sarısı, yağsız qırmızı ət, quş əti, balıq, paxlalar, qoz və kələmin bütün növləri (ağ kələm, gül kələm, brussel kələmi və s.) ana bətnində olan uşağın beyninə müsbət təsir edir.

 

Medicina.az xəbər verir ki, Kornell Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər.

Araşdırmada 26 hamilə qadın iştirak edib. Onların qidalanmasında sadaladığımız məhsulların miqdarı artırılıb. Araşdırma göstərib ki, eksperimentdə iştirak edən qadınların dünyaya gətirdiyi uşaqlarında məlumatı qavramaq sürəti kiçik yaşlardan yüksək olub. Bu isə gələcəkdə İQ səviyyəsinin yüksək olmasına işarə edir.