Haymoritdə burun ciblərini punksiya ilə deşib, irini boşaltmaq olmaz – Xəstələrin yol verdiyi səhvlər

  • 2018.10.24 15:43
  • 25569 Baxış
Haymoritdə burun ciblərini punksiya ilə deşib, irini boşaltmaq olmaz –  Xəstələrin yol verdiyi səhvlər
Haymorit – Azərbaycanda geniş yayılmış, soyuq aylarda kəskinləşən, çox insanların türkəçarə ilə müalicə etməyə çalışdığı, rentgendən sonra buruna mil saldırıb irin torbacığını dəlib irini çıxarmaq kimi prosedura üz tutduğu iltihabi xəstəlikdir. 


Medicina.az xəbər verir ki, haymoritdə irinin punksiya ilə boşaldılması çox hallarda faydasız, bəzən isə ağır fəsadlara yol açır. 


Haymorit virus infeksiyası nəticəsində yaranmış sinusitdir. Burunun selikli qişası şişərək, ödemləşərək irin və axıntının çıxacığı qapıları bağlayır. Ora hava axının qarşısı alınır, boşluqlarda irinin durğunluğu yaranır. İrin, selik yığılır, bakteriyalar münbit mühitdə artır, bir və ya ikitərəfli geniş iltihabi ocaq yaranır. 

Haymoritin bit yaranma səbəbi də çənə və ağız boşluğunda irinli, müalicə olunmamış dişlərdir. Diş kanalı ilə bakteriyalar asanlıq burun boşluğuna keçir. Həmçinin anadangəlmə burun çəpəri əyriliyi, anatomik quruluşu əyri olan burunlarda da haymorit yaranır. 


Sadə diaqnoz


Haymoritin diaqnozu çox asandır: adi rentgenlə vəziyyət aydın olur. Eləcə də burun selikli qişasından mikrobioloji analiz üçün selik və yaxma götürülür. 


Müalicə


Yalnız və yalnız həkim Lor müşayiəti ilə olmalıdır. Ən yüngül formada haymoru və burun ciblərini izotonik məhlulla yumaq və yerli qlükokortikosteroidlərlə həll etmək olur.  

Əgər xəstəlik  çox irəliləyibsə, həkim antibiotik müalicəsinə başlayır. 

 



Burun damcıları olmaz


Damar daraldıcı damcı və spreylər haymoriti müalicə etmir. O sadəcə xəstənin nəfəs yolunu bir neçə saatlıq açmaqla xəstəyə rahatlıq verməklə baş aldadır. 

Haymorit olan nahiyəyə isti kartof, duz, daş, yumurta qoymaq, isti buxarla nəfəs almaq kimi adətləri də unudun. Bu metodlar xəstəliyi daha da kəskinləşdirib, irini beyinə doğru yaya bilər.


Hətta çox həkimlərin poliklinikalarda lampa, tok, fizioterapevtik prosedurlara təyinatı olsa da, bilin ki, bunların effektivliyi dünya səhiyyəsində sübut olunmayıb. 


Deşib, irini boşaltmaq təhlükəlidir


Yuxarı burun ciblərinin punksiyası əvvəllər çox geniş yayılmışdı. İndi müasir müalicə protokollarında yoxdur. Punksiya o halda aparıla bilər ki, həkim irin və selikdə hansı bakteriyaların olduğunu laboratoriyada aşkarlayıb, ona uyğun antibiotik təyin edəcək. 


Əgər cəmi bir dəfə haymoriti punksiya ilə deşsəz, növbəti ağırlaşmalarda onsuz keçinmək mümkün olmayacaq, bir növ asılılıq yaranacaq. 

İynə ilə deşilmə və təzyiqlə ciblərin yuyulması nəticəsində burun daxili nazik selikli qişa zədələnib, bakteriyalar üçün əlavə yeni yerlər yarana bilər. Bunun sonu yoxdur və xroniki hala keçir. 

Ümumiyyətlə, punksiya xəstəliyi müalicə etmir.


Bəs nə etməli?


Haymoritə şübhə olan kimi müalicəsini yubatmaq olmaz. İnfeksiya göz, kəllə və qana keçə bilər. Əgər haymorit xroniki hala keçsə, o zaman onun təkrarlanması və ağırlaşmaları qaçılmazdır. Haymoritin terapiyası uzun çəkir. 


Əgər konservativ müalicə effekt verməsə, əməliyyat göstərişdir. Bu zaman iltihab mənbəyi aradan qaldırılır, drenajla irin çəkilir. Burun əyriliyi düzəldilir.

Uşaqlarda da sinusit 3-15 yaşlarında çox rast gəlinir. Əgər uşaqlıqda haymoritin əsası qoyuldusa, o gələcəkdə də özünü təkrarladır.

 

 

Haymoritdə burun ciblərini punksiya ilə deşib, irini boşaltmaq olmaz –  Xəstələrin yol verdiyi səhvlər
Haymoritdə burun ciblərini punksiya ilə deşib, irini boşaltmaq olmaz –  Xəstələrin yol verdiyi səhvlər