Hər həftə sevgilisinin qanını içir - Xəstəliyi hələ də tapılmayan qadın/FOTO

  • 2017.11.03 13:48
  • 22318 Baxış
Hər həftə sevgilisinin qanını içir -  Xəstəliyi hələ də tapılmayan qadın/FOTO
Avstraliyada gənc sevgililərin qəribə vərdişi hamını təəccübləndirib.

Medicina.az xəbər verir ki, Georgina Condon adlı qadın həftədə bir neçə dəfə sevgilisinin qanını içir.

Qadın ilk dəfə 17 yaşında başqa birinin qanını içib və o gündən bəri bu vərdiş halına gəlib. Qana olan susuzluğunun uşaqlıqdan başladığını bildirən Georgina, kiçiklikdən yaralarını soyaraq qanının dadına baxdığını vurğulayıb. Get-gedə qara geyinməyə başlayıb və daha bəyaz görünmək üçün pudradan istifadə etdiyini deyib.

Qan içdikcə daha çox istəyən avtraliyalı qadın, genetik olaraq talassemiya xəstəsi olduğunu bildirib. Qanındakı dəmir miqdarı normal insanlarla müqayisədə xeyli aşağıdır. Bununla bağlı həkimə də müraciət edib, qana olan marağının bu xəstəliklə əlaqəli olub-olmadığıyla maraqlanıb. Ancaq bunun cavabını həkim də verə bilməyib.

Maraqlısı budur ki, qadının vampirlər kimi günəşə qarşı da allergiyası var. Günəşə çıxdığı zaman dərisində qabarmalar yaranır.

Avstraliyalı qadın bir neçə il ərzində bir çox vampirlə və ona qan verəcək bir çox şəxslə tanış olduğunu bildirib. 38 yaşlı Darius adlı kişi ilə tanış olan Georgina həftədə bir dəfə sevgilisinin də qanını içir.

Georgina özünün tək olmadığını bildirib: "Mənim kimi bir çox vampir var. Bununla bağlı toplu qruplar da mövcuddur. Qana olan asılılıqlarımızı əyləncə halına gətiririk. Görüşürük partilər təşkil edirik”.