I tip şəkərli diabet nədir? - Əlamətlər, müalicə

  • 2019.04.10 19:32
  • 16357 Baxış
I tip şəkərli diabet nədir? -  Əlamətlər, müalicə
Şəkərli diabet xəstəliyi 2 tipdə olur: I tip diabet insulin asılı və ya yuvenil adlanır.

Bu xəstəlik endokrin patologiya olub, insulin adlı peptid hormonun zəif hasilatı nəticəsində qanda qlükozanın səviyyəsinin artmasıdır. 


Medicina.az I tip diabetin əlamətlərini təqdim edir:


-Güclü susuzluq, yanğı hissi

-Çəkinin azalması

-Sidiyə tez-tez getmə

-Qaşınma


 Əgər sizdə çox su içməyinizə baxmayaraq susuzluq keçmirsə, dil-dodağınız quruyursa, gündüz saatlarında yatmaq istəyirsizsə, heç bir səbəb olmadan arıqlayırsızsa, əsəbləriniz pozulubsa, gecə 1-2 dəfə sidiyə qalxırsızsa, sutkalıq sidik ifrazı 2 litri keçirsə, o zaman diabet müayinəsindən keçməlisiz.

Eləcə də xəstənin dırmaqları, saçları quruyur, zəifləyir, dərisi çox quruyur, çatlayır, yaraları, kəsiklər gec sağalır, gözlərində zəiflik olur.

 


Hazırda  bu xəstəlik autoimmun pozulma kimi qəbul olunur. 


I tip diabet daha çox uşaq və yeniyetmələrdə rast gəlinir. Amma hazırda 20-30 yaş arası gənclərdə də rast gəlinir. 

İnsulin dozası almadıqda diabetik ketoasidoz, hipoqlikemik koma baş verə bilər.


Müasir tibb hələ I tip diabetin səbəblərini öyrənməyə davam edir. Daha çox genetik-irsi faktorlar əsas gətirilir. Əgər valideynlərdə, nənə-babada bu diaqnoz olubsa, deməli uşaqlarda olma ehtimalı 10% artır. 


Eləcə də qalxanvari vəzinin funksiyasının pozulması uşaqlıqdan keçirilmiş virus infeksiyaları, entero və rubiviruslarla əlaqələndirilir. 

Orqanizmə müxtəlif mənbələrdən düşən kimyəvi toksiki maddələr də çox zərif orqan olan mədəaltı vəzinin beta hüceyrələrini zədələyir.

Hesab olunur ki, I tip diabet bir neçə mərhələdən başlayır. 


I mərhələdə - genetik meyillik özünü göstərir, amma insulin normada olur.

II mərhələdə autoimmun reaksiyalar işə düşür, beta hüceyrələrin zədələnməsinin özəyi qoyulur. 

III mərhələdə - zədələnmə daha çox olur və insulun azalır. 

IV mərhələdə - yeməkdən sonra qlükozanın qanda kəskin artması

V- mərhələdə artıq xəstəliyin digər əlamətləri başlayır. Mədəaltə vəzidə beta hüceyrələr demək olar yoxa çıxır. Bu halda yalnız süni insulin preparatları vacibdir. 



Diaqnostika:


Venadan qan analizi, sidiyin analizi, insulinrezidentlik testi, kreatinin miqdarı və s. müayinələr endokrinoloq vasitəsilə aparılır.


Müalicə üçün yeganə yol insulin təyinidir. İnsulin dozası sxemi həkim tərəfindən fərdi seçilir. Eləcə də qidadan sadə karbohidratlar tamamilə çıxarılır. 


Xroniki diabet tam müalicə olunmasa da, düzgün seçilmiş terapiya və qidalanma xəstənin həyat şəraitini normallaşdırmağa və xəstəliyi hiss etmədən yaşamağa kömək edəcək

 



I tip şəkərli diabet nədir? -  Əlamətlər, müalicə