İlin ilk rübündə Naxçıvanda 1000 uşaq doğulub

  • 2019.04.17 09:18
  • 6634 Baxış
İlin ilk rübündə Naxçıvanda 1000 uşaq doğulub
 

Bu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasında doğulan uşaqların sayı açıqlanıb.


Medicina.az xəbər verir ki, bu barədə muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Qeyd edilir ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayışstandartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər demoqrafik vəziyyətə də öz təsirini göstərib. Belə ki, 2019-cu ilin ilk rübündə muxtar respublikada 1000 uşaq doğulub.


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini cari ilin birinci rübündə də davam etdirib. Dövlət proqramlarının icrası, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması işləri diqqətdə saxlanılıb.