İnfarkt keçirən insana necə kömək etməli -TƏLİMAT

  • 2019.03.18 17:21
  • 11008 Baxış
İnfarkt keçirən insana necə kömək etməli - TƏLİMAT
İnfarkt keçirən xəstəyə dərhal düzgün yardım göstərmək, onun xilasının yarısıdır. Çox zaman ətrafdakılar ürək tutması keçirən insanla necə davranacaqlarını bilmirlər.


İlk növbədə diqqətli olub, insanın infarkt keçirdiyinin əlamətlərini bilmək lazımdır.

Medicina.az həmin əlaməttləri və yardım metodunu təqdim edir:


-Döş qəfəsində və kürəkdə dözülməz ağrı. Bu ağrı nitroqliserin qəbulundan sonra da keçmir. Döş qəfəsinin sol hissəsi, sol əl və kürəyə yayılır. 30 dəqiqədən 2 saata kimi davam edə və daha çox çəkə bilər. 

-Soyuq tər

-Sürətli nəbz

-İnsanın üzü ağarır, havası çatışmır, qorxur

-Sinir oyanıqlığı

-Ürəkbulanma, qusma.


Necə yardım etməli?


-Sakit, düz yerə uzadıb, təmiz hava axınını təmin etməli

-Dərhal təcili yardım çağırmalı

-Nitroqliserin verib, onu tam sovurmağı tapşırmalı. Növbəti həb 5-7 dəqiqədən sonra verilir. 3 dəfədən artıq vermək olmaz. Nitroqliserin yoxdursa, validolla əvəz edin. Arterial təzyiq tez-tez ölçülür. Əgər təzyiq çox aşağı düşsə, həb verilmir.


-Qəndin üzərinə 30 damcı korvalol damızdırıb vermək

-Tromblaşmanın qarşısını almaq üçün aspirin qəbulu. Suda həll olunub içilir. Ağrını kəsmək üçün analgin iynəsi vurula bilər

-Ayaqların altına isti "qrelka” qoymaq

-Təcili yardım gələnə kimi, kliniki ölüm baş versə, ürək massajı həyata keçirilməlidir.