Çirkli əllərinizdən keçən 5 xəstəlik - 15 oktyabr Təmiz əllər günüdür

  • 2018.10.15 13:53
  • 29831 Baxış
Çirkli əllərinizdən keçən 5 xəstəlik  -  15 oktyabr Təmiz əllər günüdür
Bu gün Dünyada təmiz əllər günü kimi qeyd olunur. Təmiz əllər təkcə səliqə, etika, gigiyena deyil, həm də tibbi baxımdan vacibdir. 

Çünki xəstəlik törədən bakteriyalar, viruslar orqanizmə çirkli əllərlə ötürülür. 


Hər gün əlləri qaydası ilə 3-5 dəfə normal yumaq bu xəstəliklərə yoluxma riskin azaldır.


Medicina.az çirkli əllərlə keçən xəstəliklərin TOP 10-luğunu təqdim edir.


1.Qrip, kəskin respirator viruslar


Bu xəstəliyi yaradan virus və bakteriyalar təkcə xəstəlik mənbəyi olan insanın ağız suyu, öskürəyi ilə yox, onun toxunduğu əşyalarla da ötürülür. Mebel, qapı tutacaqları, qab-qaşıq, masa, kompüterə toxunub, sonra həmin  əlləri ağıza toxundurmaq artıq virisun keçməsi deməkdir. 


2.Gözdə virus konyuktiviti


Gözün selikli qişasının iltihabi irinli prosesi çirkli əllərlə gözü ovuşdurmaqla yaranır və ya keçir. Ümumiyyətlə gün ərzində əllərlə gözu ovmaq, qaşımaq olmaz, bundan öncə əllər təmiz yuyulmalıdır. 


3. Hepatit A


Bu qaraciyərin virus xəstəliyidir. Sarılıq kimi adlandırılan bu tip hepatit fekal-oral yolla keçir, bir yolu da çirkli əllərlə yemək yeməkdir. 


4.Lyamblyoz


Parazitar xəstəlik nazik bağırsağa düşən parazit və yumurtası vasitəsilə yaranır. Iyambyozlu xəstə özü xəstəliyini bilmir, heç kim ondan şübhələnmir, heç bir zahiri əlaməti olmur. O, həkimdən, analizdən keçib lyamblyoz olduğunu bilənə kimi, onlarla insanı yoluxduracaq. Lyabmlyoz su, çirkli meyvə tərəvəz, çirkli əllərlə yemək yeməklə ötürülür.

 


5.Bütün bağırsaq qurdları


Parazit qurdları ilə yaranan mədə-bağırsaq pozuntuları, infeksion xəstəliklər də çirkli əllərlə yaxşı yuyulmamış qidalar yedikdə keçir. Parazitlər uzun müddət gizli qalır, özünü büruzə vermir. Xüsusən məktəbdə, uşaqda əllərini yumayan uşaqlar bir–birini yoluxdurur. 


Həmçinin disbakterioz, dizenteriya, salmonelloz, tif xəstəliyi də əllər vasitəsilə keçir. Odur ki, gün ərzində 3-5 dəfə əllərinizin sabunla təmiz yuyulmasına nəzarət edin. Uşaqların məktəbdə əllərini yuması üçün çalışın. Əlləri yumadan yemək, hətta peçenye belə yeməyin. 

Çirkli əllərinizdən keçən 5 xəstəlik  -  15 oktyabr Təmiz əllər günüdür
Çirkli əllərinizdən keçən 5 xəstəlik  -  15 oktyabr Təmiz əllər günüdür