İsti yay günlərində kondisionersiz sağ qalmağın 7 yolu - Fərqli məsləhətlər

  • 2018.06.29 16:14
  • 20019 Baxış
İsti yay günlərində kondisionersiz sağ qalmağın 7 yolu -  Fərqli məsləhətlər

Sinoptiklər 42-43 dərəcəlik istidən xəbərdarlıq edir. Insanlar isə gündüz yollarda, işdə, gecə yatanda isti ilə necə mübarizə aparacağını düşünür. Çoxu kondinsineri cıxış yolu kimi görür. Amma kondinsioner də hər yerdə yoxdur. Heç düşünmüsüzmü, qədimdə nənə-babalarımız yayda ventilyator, kondinsionersiz necə dözürdülər? İnsan elə varlıqdır ki, hər şəraitə uyğunlaşır. Yetər ki, bəzi sirləri bilsin.


Medicina.az bu istilərlə baş etməyin 7 yolunu açıqlayır:


1.Evi qaranlıq saxla


Pərdələri, jalüzləri gecədən endirin. Evə düşən gün işığı içəridə " parnik  effekti” yaradır. Əgər bunun qarşısını alsaz, ev istidən yanmaz, kifayət qədər normal temperatur olar.


2.Evi gecədən soyudun


Bütün gecə boyu pəncərələri açıq qoyun, qapıları torlu qapı ilə əvəz edin. Sərin gecə havası evi soyudur və bu temperatur gündüz də normada qalır. Xüsusən yelçəkənli evlərdə bu əla effekt verir. Bina evində yaşayanlar dəhlizə, bloka açılan qapını da axşam 1-2 saatlıq aralı qoysa, ev kifayət qədər nəfəs alacaq. 


3.Gen, boş, açıq rəngli geyimlər seçin


İsti yay günləri cins, qara şalvar, dar geyimlər, tünd rənglər sizi çox tərlədəcək. Sintetikanı unudun. Təbii pambıq, kətan, krujeva, ipək  material seçin. Çalışın üzərinizdə geyim minimum olsun. Yəni top, mayka, üstdən köynək artıq çoxdur. əgər evdə təksizsə, alt paltarı ilə gəzin. Niyə də yox. Yayda dəri nəfəs almalıdır.


4.Hindular və ərəblər kimi edin


Onların bir tryükü işə yarayır. Nazik dəsmal, yaylıq və ya pambıq parçanı suda isladın, yaxşıca sıxın və türban, çalma kimi başınıza sarıyıb, boynunuzda bağlayın. Dərhal necə sərinlədiyinizi görəcəksiz.


5.Fironların sirri


Bilirsizmi, isti, bürkülü Misir gecələrində kondinsioneri olmayan fironlar və saray əhli necə yatırdı? Mələfəni soyuq suda isladıb, bərk sıxıb, ona bürünüb yatardılar. Mələfə sulu yox, nəm olmalıdır. Bu üsul rahat yuxuya getməyə kömək edirdi. Əgər yaş mələfə istəmirsizsə, onda islaq corablar geyinin.


6.İşıqları, texnikanı söndürün


Yayda axşamlar az lampa yandırın, bütün texnikanı elektrikdən ayırın. Bunlar istilik verir. Küncdə zərif bra işığı yetərlidir. Hətta şam belə, lampa kimi istilik vermir.


7.İsti şorba, çay və qəhvə olmaz


Qaynar günlərdə qəhvə, şirin su, çay, isti yeməklərdən uzaq durun. Bədəni daxildən isitməyin sizə faydası olmayacaq.

Soyuducuda buz ehtiyatınız olsun. İçəcəyiniz suya buz atın. Hətta buz dolu qabı avtomobilə qoysaz, yolboyu maşın sərin olacaq.


İsti yay günlərində kondisionersiz sağ qalmağın 7 yolu -  Fərqli məsləhətlər