Kardiologiya İnstitutunda xəstə “raskladuşka”da öldü - Həkim səhlənkarlığı, yoxsa şəraitsizlik?

  • 2018.06.27 15:08
  • 51706 Baxış
Kardiologiya İnstitutunda xəstə “raskladuşka”da öldü -  Həkim səhlənkarlığı, yoxsa şəraitsizlik?
Keçdiyimiz Ramazan bayramı günlərində xəstəxanaların işləməməsi səbəbindən Yardımlı rayon sakini vəfat edib. 


Bu barədə Medicina.az-a dünyasını dəyişən Əliş İsrafilovun yaxınları məlumat verib. Onların sözlərinə görə, 15 iyun 2018-ci ildə onun ürəyində kəskin ağrılar başlayıb. Ürək xəstəsi olan Ə. İsrafilovu yaxınları rayon xəstəxanasına çatdırsa da, orada exokardioqrafiya üçün həkim tapılmayıb. Baş həkim kardioloqun bayramla bağlı işləmədiyini, uzaqda olduğunu, kömək edə bilməyəcəyini bildirib. Yaxınları xəstəni Masallı rayon mərkəzi xəstəxanasına gəririb. Orada da kardioloq  xəstəxanada olmadığından onu çağırışla evdən gətiriblər. Həkim EKQ etdikdən sonra xəstənin təcili Bakıya aparılmasını təklif edib və Elmi-Tədqiqat Kardiologiya İnstitutuna göndəriş verib. Lakin baş həkim ağır vəziyyətini nəzərə alaraq xəstəni təcili yardım maşını ilə də təmin etməyib. Ağır infarkt xəstəsini şəxsi maşınla Bakıya gecə saat 00:00-da çatdırıblar.


Elmi-Tədqiqat Kardiologiya İnstitutuna gecəyarı ağır vəziyyətdə çatdırılan xəstə yer olmadığına görə qəbul olunmayıb. Xəstəni elə həmin maşınla Respublika Klinik Xəstəxanasına aparmağı məsləhət görüblər. Yaxınların səyindən, xahişindən, direktorun müdaxiləsindən sonra xəstə qəbul olunub. Yaxınları lazım olan dərman preparatlarını alıb şöbəyə verib. Amma xəstənin vəziyyəti barədə yaxınlarına geniş məlumat verilməyib. 

 



Acınacaqlı hallardan biri budur ki, kardiologiya mərkəzində angioqrafiya aparatı tapılmadığından onun başqa xəstəxanaya aparılmalı olduğu deyilib. 


Lakin bazar ertəsi Ə. İsrafilovun yaxınlarına xəstənin gecə vəfat etdiyi bildirilib.


Xəstənin yaxınları həkimlərdən müalicə, ağırlaşma və ölüm səbəbi ilə bağlı açıqlama ala bilməyiblər. 


Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi, professor Rza Səmədovun sözlərinə görə, bayram günləri olduğundan reanimasiya şöbəsi xəstə ilə dolu, həkim sayı isə az olub: 


"Biz əslində, yer olmadığına görə qəbul etməməliydik. Lakin xəstənin vəziyyətini nəzərə alıb, həkim Rasim Cəfərov xəstəni qəbul edib, müvəqqəti olaraq "raskladuşka” açaraq xəstəni reanimasiyada yerləşdirdik və lazımi reanimasion tədbirlər görüldü. 78 yaşında xəstədə kəskin infarkt diaqnozu təsdiqləndi. Rasim Cəfərov növbəsi bitəndən sonra pasiyenti növbətçi həkimə təhvil verib. 1 sutka sonra xəstə yuxuda ikən vəfat edib.


Epikrizə baxdım, vəziyyət və proqnoz elə də yaxşı deyildi. 


Bilirsiniz, xəstə yaxınları həmişə itki olanda emosiyalara qapılırlar, nədənsə şübhəli qalırlar... Əgər bizim rəyimizdən razı deyillərsə, ölüm səbəbini dəqiqləşdirmək üçün eskumasiya oluna bilər”. 

 

Картинки по запросу реанимационное палата


Baş həkim xəstənin yaxınlarına hər hansı izahatın verilib-verilməməsinə də aydınlıq gətirib:


"Ümumiyyətlə, reanimasiyada yatan xəstənin yaxınlarına hər 5 dəqiqədən bir məlumat vermək kimi qanun, protokol yoxdur. Həkim öz işini görür. Qapıda 6-7 nəfər xəstə yaxını olur. Eyni sualı hər qapı açılanda həkimə verirlər, bəzən heç həkim yox, sanitar işçi qapıda olur. Həkim də bilmir ki, reanimasiyada yatan 10 xəstəyə baxsın, ya onların qohumlarının qarşısına çıxsın.


Bizim reanimasiya şöbəsində qanuna görə, 5-6 xəstə olmalıdır. Növbədə olan həkim reanimatoloqun bu qədər xəstəyə baxma gücü var. Amma bizdə 10-12 nəfər yatır. O boyda şöbədə 1 həkim olur, bir tibb bacısı, 2 sanitar işçi. Həkim bu qədər axının qarşısında nə etsin? Onu da başa düşmək lazımdır.


İnfarkt elə bir xəstəlikdir ki, öncədən proqnoz vermək olmur. Mənim özümün atam-anam qucağımda infarktdan vəfat edib. Xilas edə bilsəydim, onları xilas edərdim. Mən onları itirəndən sonra yarım il müayinə kağızları ilə həkim gəzirdim ki, səbəbi bilim, görüm xilas edə bilərdim ya yox. Burada psixoloji məqamlar da var”.

 

Картинки по запросу ангиография


Rza Səmədov Bakının məşhur kardiologiya mərkəzində angioqrafiya müayinəsinin olmamasını da etiraf edib:


"Hamı bilir ki, bizdə "anju” yoxdur. Xəstələri Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunda angioqrafiya etdiririk. Təbii ki, bizdə olsa yaxşı olar. Amma bu bizim gücümüzdə olan məsələ deyil”. 


Aygün

MEDİCİNA.AZ
Kardiologiya İnstitutunda xəstə “raskladuşka”da öldü -  Həkim səhlənkarlığı, yoxsa şəraitsizlik?
Kardiologiya İnstitutunda xəstə “raskladuşka”da öldü -  Həkim səhlənkarlığı, yoxsa şəraitsizlik?