Kişinin dili ildə 5 sm uzanır

  • 2019.03.23 10:34
  • 7567 Baxış
Kişinin dili ildə 5 sm uzanır
 

67 yaşlı kişinin dili hər il daha da böyüyür.


Medicina.az bildirir ki, Türkiyənin Giresun adlanan ərazisində yaşayan 67 yaşlı İhsan Nizam adlı şəxsin dili sürətlə böyüyür.


O, artıq normal danışa bilmir. Hər il onun əlləri, ayaqları, alnı, çənəsi normadan artıq inkişaf edir. Həkimlər onun dilinin 10 ildə 5 sm böyüdüyünü deyib.


Sürücü kimi çalışan 67 yaşlı kişi bütün bunların 10 il əvvəl bir gecə gördüyü kabusdan sonra başladığını deyib. Əvvəlcə ayaqları böyüməyə başlayıb, sonra isə dili. Normal danışa bilmədiyini hiss edən İ. Nizam həkimə müraciət edib.


Müayinə zamanı həkimlər onun dünyada 4 milyon insandan birində rast gəlinən nadir akromeqali sindromundan əziyyət çəkdiyini deyiblər. Həkimlərin fikrincə, akromeqali sindromu müalicə edilməzsə, xərçəng xəstəliyinə çevrilə bilər. İ. Nizamın kor olma ehtimalının da böyük olduğu bildirilib.


Bir çox həkimlərə müraciət etsə də, xəstəliyinə dərman tapa bilməyən İ.Nizam ağır depressiya vəziyyətindədir.(oxu.az)