Məşhur müğənni “Donuz qripi”nə yoluxdu

  • 2019.02.18 10:02
  • 5463 Baxış
Məşhur müğənni “Donuz qripi”nə yoluxdu

Türkiyənin məşhur müğənnisi Orxan Gəncəbay və həyat yoldaşı Sevim Əmrə donuz qripinə yoluxub. 


Medicina.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Sevim Əmrə məlumat yayıb: "Hər ikimiz qrip olmuşduq. Orxan isə 4 dəfə qan analizi etdirdi. Hər dəfə eyni nəticə ilə qarşılaşdıq. Analizin nəticəsində donuz qripi çıxdı. Bir həftə boyunca xəstəxanada müalicə aldı. Hazırda vəziyyəti yaxşıdır. Bir narahatlığı yoxdur”- deyə bildirib.