Plastik qablarda gizlənən böyük təhlükə - Qorxunc xəstəliklər yaradır

  • 2018.03.13 23:22
  • 17286 Baxış
Plastik qablarda gizlənən böyük təhlükə -  Qorxunc xəstəliklər yaradır
Bəzi ölkələrdə qadağan olunan plastik şüşə istifadəsi saysız-hesabsız təhlükəni də öz bərabərində gətirir. Xüsusilə xərçəng xəstəliyinə səbəb olan plastik şüşələrin tərkibindəki maddələr doğuşdan gələn qüsurlara, ürək və diabet xəstəliklərinə səbəb olur.

 

Medicina.az moderator.az-a istinadən xəbər verir ki, plastik şüşələri zərərli edən şey şüşənin tərkibindəki "bisfenol A" və ya qısaca "BPA" dediyimiz maddədir. Gündəlik həyatımızda istifadə etdiyimiz bir çox məhsulda olan bu təhlükə qablardakı sərt plastikdən qaynaqlanır.


Aparılan tədqiqatlar plastik şüşələrin zərərlərinin ürək problemləri olmaq üzrə qadınlarda bir çox narahatlığa təkan verdiyini ortaya qoyub.

 

Harvard Universitetinin tədqiqatçıları tələbələr üzərində apardıqları araşdırmalardan dəhşətli nəticələr əldə ediblər. Bu tədqiqatda bir həftə ərzində plastik şüşələrdən su içən tələbələrin sidiklərindəki tədqiqatda BPA maddəsinin 69 faiz artdığı görülüb.