- Qocalmanı ləngidir, səpkiləri azaldır Qadınların bitkisi: KƏRƏVİZ

  • 2019.01.19 16:07
  • 24921 Baxış
 - Qocalmanı ləngidir, səpkiləri azaldır  Qadınların bitkisi: KƏRƏVİZ

Kərəviz aşağı kalorili bitkidir. Amma buna baxmayaraq orqanizm bu məshsulun həzmi üçün çox miqdarda kalori sərf etməli olur. Buna görə də kərəvizdən arıqlamaq məqsədilə geniş istifadə edilir.

 

Medicina.az xəbər verir ki, kərəviz orqanzimi toksinlərdən təmizləyir, bu tərəvəzin istifadəsi siqaret çəkən zaman bədənə düşən kanserogenlərin mənfi təsirini azaldır. Buna görə də siqaret çəkən qadınlar qocalma prosesini ləngitmək üçün mütəmadi olaraq kərəvizdən hazırlanmış yeməklər qəbul etməlidirlər. Məlumdur ki, siqaret çəkmək qocalma prosesini sürətləndirir. 


Kərəviz qanı da təmizləyir. Buna görə də bu tərəvəzi sevənlərin dəriləri sızanaqsız, çivzəsiz təmiz olur. 

 

Картинки по запросу сельдерей

 

Həmçinin kərəviz şirəsi mikrobəleyhinə və antiseptik təsirə malikdir. Ağrı hissini azaltdığı üçün yanıqlar və kəsiklər zamanı istifadə edilə bilər. Təzə sıxılmış kərəviz şirəsi gözlərin qızarmasını və qıcıqlanmasını da aradan qaldırır. 


Kərəviz həm də oynaqları möhkəmləndirir. Onun şirəsinin mütəmadi olaraq qəbul edilməsi həm də varikozun əmələ gəlməsinin qarşısını alır. Həmçinin bu tərəvəzdən hazırlanan yeməklər libidonu (cinsi istək) artırır. Qadının xarici görünüşünü daha gənc, cazibədar edir.  


Əks göstəricilər 

 

Картинки по запросу сельдерей сок


Hamilə qadınlar kərəvizdən istifadə etməməlidirlər. Həmçinin də  epilepsiyası və mədə xorası olan qadınlar da bu tərəvəzdən uzaq durmalıdırlar. Əks halda xəstəliyin əlamətləri  kəskinləşə bilər.


Arzu

Medicina.az


Похожее изображение

Картинки по запросу сельдерей