Qalxanvari vəzidə problem varsa, mütləq günə 1 yumurta yeyin - Endokrinoloqlardan məsləhət

  • 2019.02.15 19:33
  • 26904 Baxış
Qalxanvari vəzidə problem varsa, mütləq günə 1 yumurta yeyin -   Endokrinoloqlardan məsləhət

Uşaqlığı sovet dövrünə təsadüf edənlər bəlkə də xatırlayır: Bremen musiqiçiləri cizgi filmini. Orda kral şahzadə qıza belə deyir: " Sənin vəziyyətin qızım isterik həddədir. Dietik yumurta ye, mənim balam”.


Əslində bu məsləhət heç də göydəndüşmə deyil. Qalxanvari vəzi problemlərində qadınlarda həyəcan, nevrozluq, depressiya baş qaldırır. Ona görə yumurta yemək yerinə düşər. Bəs nəyə görə yumurta?


Medicina.az xəbər verir ki,  qalxanvari vəzinin yaxşı faəliyyəti üçün vacib olan qidalandırıcı maddələr – Tirozin, Yod, selen məhz yumurta sarısında birləşib və çoxdur.


Tirozin – amin turşusudur, zülalla zəngin qidalardan mənimsənilir. Bu maddə yaxşı əhval gətirir, qorxu və həyəcanı yenir, stresə qarşıdır. 2 yumurtada 0, 5qr tirozun və 0, 7 qr fenilalanin var.


Yod – çatışmazlığı qalxanvari vəzin bütün işini pozur, hormonları zəiflədir, zob yaradır.  Bir yumurta sarısında 12 mkq yod vardır.


Selen – 90 faiz hormonlar T4-dən ibarədir. Bu hormonun sintezi selen fermenti sayəsində olur.  Selen qalxanvari vəzin silahıdır. Ona görə sutkada 2 yumurta yemək selen alınmasına da yardım edəcək.