Qalxanvari vəzin hansı xəstəliklərində yod olmaz? – Endokrinoloqdan açıqlama

  • 2019.01.18 17:51
  • 14877 Baxış
Qalxanvari vəzin hansı xəstəliklərində yod olmaz? –  Endokrinoloqdan açıqlama
Azərbaycan əhalisində, xüsusən uşaq və qadınlarda yod çatışmazlığından qaynaqlanan qalxanvari vəz xəstəlikləri çoxalıb. Əgər qalxanvari vəz ölçüdə böyüyürsə, deməli yod azdır. Bəs bu zaman nə etməli? Aptekdən yol almalı, yoxsa qidaya fikir verməli, yoxsa peşəkar endokrinoloq nəzarətində yod qəbul etməli?


İnsanlar yod çatışmazlığını aradan qaldırmaq üçün hardansa eşitdikləri metodları da tətbiq edirlər: məsələn, Amerikada ofis işçilərinə pomidorun üzərinə bir iki damcı Lyüqol məhlulu damızdırıb hər gün verirlər ki, yod tələbatı ödənilsin. Elə adamlar var, suya bir iki damcı yod damızdırıb  içir, ya boğazına yod çəkir. Bu metodların yodla təminatda effekti varmı?


Medicina.az endokrinoloq Mahmud Mahmudovdan hansı xəstələrin yod qəbul edə biləciyini öyrənib. Həkim deyir ki, hər zob xəstəliyi olana yod olmaz. 


 " Azərbaycanda yod çatışmalığı olan regionlardan biridir. Ona görə bizdə satılan duzların çoxu yodlaşdırılıb. Lüqol damızdırmaq, yodu damızdırıb içmək, boğaza yod çəkmək- bunlar 30-40 il əvvəlin metodlarıdır. O vaxt belə yaxşı yod preparatları yox idi. İndi yod preparatları o qədər mükəmməldir ki, belə şeylərə ehtiyac yoxdur. Həm də yod, lüqol su ilə mədəyə düşdükdə ayrı fəsadlar da verir. Biz xəstələrə yod preparatları veririk, yaxşı sovrulur, mədə-bağırsaqda itmir, fəsad də yaratmır. 


Əvvəllər xəstələr yodu yataq otağında ağzı açıq qoyurdular ki, havaya buxarlansın, o hava ilə qəbul etsinlər. Bu da təhlükəlidir. Bu metodlarda dozanı təyin etmək olmur: az ola bilər, normanı aşa bilər. Hər deyilən resepti də qalxanvari vəzidə tətbiq etmək olmaz. 


Yod təkcə duzla alınmır, havada, bir çox ərzaqlarda da var. Biz çox zaman inkişafında ləngimələr olan, boydan inkişafdan qalan, zehni geriliyi olan uşaqlara yod çatışmamazlığına görə dərhal yod preparatları təyin edirik. Əvvəllər elə bilirdilər, boyun inkişafına beyində yerləşən hipofiz vəzi cavabdehdir. Amma sonra sübut olundu ki, qalxanvari vəzin də rolu var, elə ən çox bu vəzin üzərindədir. Yod çatışmayanda uşaqlar fiziki və əqli inkişafdan qalır, xəstəliklər başlayır. Üstəlik yod çatışmazlığı olan hamilə qadında döldə artıq yod defisiti olur və bundan qaynaqlanan anomaliyalar başlayır. Uşaq anadan olandan sonra lazimi qədər yodla təmin olunsa, inkişafını bərpa etmək olur. Ona görə indi zəif uşaqları endokrinoloqlara göstərirlər. Biz onlara xüsusi dozada yod preparatları təyin edirik. Müəyyən müddətdən sonra effektini görürük. 

 

 


Ümimiyyətlə, yod preparatları hamıya olar və lazımdır. Amma bunu özbaşına, başdansovdu etmək olmaz. Kimdə ki, düyünlü zob var, ona məsləhət görmürük. USM olunur, əgər vəzi böyüyürsə, deməli yod çatışmır. Funksional dəyişiklik yoxdursa, təkcə diffuz halda böyümə varsa, yod preparatı təyin edirik. Bu müalicədən sonra ya böyümə dayanır, normal ölçüyə qayıdır, ya da böyümə dayanır.


Bəzən xəstə gec gəlir, qalxanvari vəz böyüyür, zob yaranıb. Funksional pozğunluq başlayıb, trioid diaqnozu qoyulur. BU zaman yod məsləhət deyil, artıq hormonal müalicə aparılır.

Düyünlü zobda əlavə yod qəbul edildikdə, düyünlər bir az da bərkiyir”. 

Qalxanvari vəzin hansı xəstəliklərində yod olmaz? –  Endokrinoloqdan açıqlama