Qarında piy hansı xəstəliklərə səbəb olur? – Abdominal piylənmənin bəlaları

  • 2019.02.19 15:29
  • 29108 Baxış
Qarında piy hansı xəstəliklərə səbəb olur? –  Abdominal piylənmənin bəlaları
Bu gün piylənmə insanlığın sağlamlığı yolunda duran əsas düşmənlərdən biridir. Həkimlər çox xəstəliklərdə birinci növbədə arıqlamağı məsləhət görür. 

Əslində bir dəri, bir sümük qalmaq da sağlamlıq üçün faydalı deyil və insanın bədənində yağlar, müəyyən qədər piy olmalıdır. Əsas problem belin və qarının diametridir.


Medicina.az bel və qarında piylənmənin səbəbləri və yarada biləcəyi əlavə xəstəliklər barədə araşdırmanı təqdim edir.


Birincisi qarın və bel ətrafı orqanizmin enerji ehtiyatı anbarıdır. O hissəyə bacardıqca daha çox piy, yağ toplayır. 

Visserial piy isə daxildən orqanların ətrafında toplanaraq, daxili orqanları piyləndirir və bu hal orqanizm üçün təhlükəlidir.


Ona görə əgər insanın çəkisi normaldırsa, insan arıq görünürsə, amma onun bel dairəsinin ölçüsü çoxdursa o zaman qidalanmasını dəyişməli, fiziki aktivliyə keçməlidir.


Əgər bel dairəsi 100 sm-ə çatıb və bu rəqəmi keçibsə,

insanın abdominal piylənmədən qaynaqlanan bu xəstəliklərə tutulma riski artır.


1.Ürək-damar xəstəlikləri 

 

Araşdırmalar göstərir ki, beli daha iri, enli və qarnı piyli olan qadınlarda 45 yaşından sonra ürəyin işemik xəstəliyi diaqnoz olunur. Hər artıq 5-6 sm riski 10% artırır. Hətta çəkisi normal, beli və qarnı normanı keçən insanlarda arteriya tutulmaları da çox olur. 


2.Şəkərli diabet


Əgər visserial piy çoxdursa, hormonal disbalans yaranır. Metobolizm pozulur, insulinə həssaslıq artır, II tip diabet riski yaranır. Diabeti həmçinin piylənmə xəstəliyi də adlandırırlar. 


3.Qaraciyər disfunksiyası


Yağ hüceyrələri qaraciyərdə işlənərək parçalanır. Əgər bu hüceyrələr, yəni metobolitlər normadan qat-qat artıq qaraciyərə daxil olarsa, qaraciyərin gücü yetmir. 


4.Xərçəng


ABŞ və İngiltərədə süd vəzi, mədə-bağırsaq, qaraciyər xərçənginin səbəblərindən biri də abdominal piydir. 

 

5. Beyində pozulmalar


Qarın və beyin bir-birindən uzaq olsa da, bir çox yaşlılıqla bağlı beyin pozuntuları qarın və belində piy çox yığılanlarda daha tez-tez rast gəlinir. 

Artıq çəkili insanların beyin pozuntuları riski 56%, çəkisi normal, bel və qarın nahiyəsi normadan artıq çəkili və piyli olanlarda 68%  daha çoxdur. 

 


2019-cu ildə dərc olunmuş bir elmi təcrübənin nəticələrinə görə, qarın və beldə artıq piy  beynin ölçüsündə kiçilməyə doğru dəyişiklik yaradır və təbii ki, bununla da beynin funksionallığından problemlər yaranır.