“Qarşısı alınmazsa, əlil uşaqların sayı çoxalacaq” - Baş pediatrdan valideynlərə xəbərdarlıq

  • 2018.12.20 12:30
  • 13528 Baxış
“Qarşısı alınmazsa, əlil uşaqların sayı çoxalacaq” -  Baş pediatrdan valideynlərə xəbərdarlıq
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev valideynlərə xəbərdarlıq edib.


Medicina.az-ın xəbərinə görə, baş pediatr uşaqlarda rast gəlinən nevroloji xəstəliklərdən danışaraq deyib ki, vaxtında müdaxilə edildikdə, müalicənin müsbət nəticəsi olur: "Bununla həm də əlilliyin inkişafının qarşısı alınar”. 


Baş pediatr vurğulayıb ki, bura mərkəzi sinir sisteminin hipoksidi, travmatik zədələnmələri, anadangəlmə nevroloji xəstəliklər, neonatal qıcolmalar daxildir. N.Quliyev deyib ki, bu xəstəliklərlə bağlı vaxtında müalicə tədbirləri aparılarsa, o zaman gələcəkdə sağlamlıq imkanlarının pozulması hallarının da qarşısı alınar.  


"2014-cü ildən başlayaraq davamlı olaraq keçirilən uşaqların məcburi disparenzisasiyası vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir. Uuşaqlıq dövründə bu problemlər aradan qaldırılarsa, cəmiyyətə böyük dəstək verilə bilər: Zamanında nevroloji xəstəliklərin qarşısı alınmazsa uşaqlar arasında əlilliyin sayı da kifayət qədər çox olacaq. Odur ki, icbari disparenzasiya vacibdir. Belə ki, körpə doğulan gündən sonrakı müddətdə 12-13 dəfə müayinəyə cəlb edilməlidir ki, onda olan problemlər vaxtında aşkarlansın", - deyə baş pediatr valideynlərə çağırış edib.