Qədim Çin metodu olan diz üstündə yeriməyin faydaları

  • 2019.03.23 13:30
  • 14284 Baxış
Qədim Çin metodu olan diz üstündə yeriməyin faydaları

Bu hərəkət növü qədim Çin təbabaəti üsuludur.  Onu bizim eradan əvvəl 5–ci əsrə qədər geniş istifadə ediblər. Müsir dövrdə də bu hərəkət növü kifayət qədər populyardır. 


Medicina.az xəbər verir ki, bu hərəkətə cəmi 5 dəqiqə vaxt ayırmaqla bir neçə il əlavə sağlam ömür qazanmaq olar. Hərəkəti yerinə yetrimək üşün insana istəkdən əlavə dizləri və kiçik bir xalça lazım olacaq. 


Diz üstündə hərəkət etməyin 5 faydası:  


1. Artıq çəkidən azad olacaqsız.


Arıqlamaq üçün bir çox üsulları mövcuddur. Qaçmaq da onlardan biridir. Diz üstə gəzən zaman da qaçışda olduğu kimi ayaq və bel əzələləri möhkəmlənir.

 

2. Görməni yaxşılaşdırır. 


Gözün görməsini yaxşılaşdıran bioloji aktiv nöqtələr dizlərdə yerləşir. Diz üstə gəzən zaman onlar masaj olunaraq aktivləşirlərlər.


3. Bel möhkəmlənir. 


Bu hərəkət zamanı bel hissə masaj olunaraq onurğa hissə möhkəmlənir.


4. Ayaq oynaqları sağlam olur.


Bu hərəkət sayəsində ayaqların qan dövranı yaxşılaşır. Nəticədə də ayaqlar gəncləşir və daha plastik olur. Bundan əlavə oynaqlar qurumaqdan qorunur. 


5. Böyrəklərin və mədənin işi yaxşılaşır. 


Diz nahiyədə mədə kanalı, bel hissədə isə böyrək kanalı yerləşir. Çin metoduna görə bu nahiyənin masajı həmin orqanların yaxşı işləməsinə şərait yaradır. 


Amma bu hərəkətin də bəzi çatışmayan cəhətləri və əks göstərişləri mövcuddur. Onları bilmədən insan öz sağlamlığına zərər vura bilər. 


Əks göstərişlər 


1. Temperaturun yüksək olduğu xəstəliklər.


2. Bədxassəli şişlər. 


3. Diz oynağının bütün zədələnmələri zamanı.


4. Artrit, artroz, ostexondroz. 


5. Diz nahiyəsində olan törəmələr.