Qidaları nə qədər saxlaya bilərik? - Xüsusi diqqət yetirməli olduğunuz məqamlar

  • 2017.09.19 12:56
  • 17547 Baxış
Qidaları nə qədər saxlaya bilərik? -  Xüsusi diqqət yetirməli olduğunuz məqamlar
Bəzən qidaları uzun müddət saxlayırıq və onların vitaminini itirib-itirmədiyi bizə o qədər də maraqlı olmur. Lakin qidaların istifadə müddətinə xüsusi diqqət yetirmək lazımdır. 


 

Medicina.az bəzi qidaların istifadə müddətini təqdim edir:

 

Tərəvəzlər soyuducuda bir həftə saxlanılmalıdır. Uzun müddət qaldıqda tərkibindəki vitaminlər azalır. Meyvələr isə 5-7 gün ərzində yeyilməlidir. 

 

Göyərtilərin istifadəsi 2-3 gündən artıq olmamalıdır.

 

Toyuğun soyuducuda 2 gün ərzində saxlanılması məqsədəuyğundur.

 

Gündəlik süd qutuları açıldıqdan sonra 2 gün, yumurta isə alınan tarixdən etibarən 4-5 gün ərzində istifadə edilməlidir.

 

Pomidoru isə bir həftə saxlamaq olar.

 

Soğan, kartof  cücərməyə başlayana qədər sərin yerdə saxlanıla bilər.