- Bahalı dərmanları atıb, ucuz məlhəmlərə keçin/ RESEPT+FOTOQış girdi, qrip gəldi...

  • 2018.12.21 16:45
  • 28556 Baxış
 - Bahalı dərmanları atıb, ucuz məlhəmlərə keçin/ RESEPT+FOTO Qış girdi, qrip gəldi...

Bu gün rəsmi olaraq qış fəsli Azərbaycana daxil olub. Qış demək isə immuniteti aşağı olan, ictimai nəqliyyatdan daha çox istifadə edən insanlar üçün soyuqdəymə və qrip kimi assosasiya olunur. 


Medicina.az məhz belə insanlar üçün qrip əleyhinə, soyuqdəymədə ən effektiv xalq təbabəti üsullarından daha birini təqdim edir


Lazım olanlar:


250 qr zəncəfil kökü

3 limon

4-5 x.q. təmiz bal

1 ç.q. qara yumru istiot


Bir şüşə banka götürün. Limonu (qabıqlı) və zəncəfili (qabıqsız) doğrayıb, lay-lay yığın. Aralarına qara istiotu tökün. Daha sonra balı üstünə əlavə edin. Layların arasına da tökə bilərsiniz. Bir gün gözlədin. Bütün ərzaqlar öz suyunu buraxdıqdan sonra götürün, blenderə töküb, xırdalayın. Yenidən şüşə bankaya tökün. Qripəleyhinə məlhəm hazırdır. Otaq temperaturunda saxlayın. Hər səhər yeməkdən əvvəl 1 x.q. yeyin. Bu məlhəm həm immuniteti gücləndirir, həm də qrip və soyuqdəymə zamanı effektiv təsir göstərir, virusları öldürür.


Pərvin

Medicina.az