BölmələrRU
Xidmətlər
 

Ürək yemək sağlamlığa faydalıdır – Aterosklerozun dərmanı

Rusiya və Yaponiya universitetlərinin araşdırmaçıları sübut edib ki, dana ürəyini yeyən siçanlarda qanda xolesterinin səviyyəsi və çəkiləri azalıb. Təcrübənin müəllifləri qeyd edir ki, ət sənayesində zibilə atılan mal-qara ürəyindən ateroskleroz xəstələri üçün BAD-lar hazırlamaq olar. 
 

Eksperimentdə 50 erkək laboratoriya siçanı istifadə olunub. 52 gün ərzində onlara ateroskleroz yaradacaq qidalar verilib, qaldıqları otaqda oksigenin səviyyəsi azaldılıb, həmçinin stressə məruz qoyulub. Nəticədə gəmiricilərin çəkisi artmış, qanda xolesterinin miqdarı artmışdı. 
Sonra bu siçanları 2 qrupa bölüblər: 1-ci qrupda adi qidalanma rejimi seçilib, digər qrupun qidasına isə dana və donuzun ürək və aortasında hazırlanmış əlavələr qatılıb. 14 gün sonra hər iki qrupdan qan analizi götürülür. 

Məlum olub ki, qidasında aorta və ürək toxumaları olan siçanlarda çəkidə dəyişiklik olmayıb, əksinə azalma baş verib, qanda yapışqanlı zülal və xolesterinin miqdarı da azalıb. Və bu siçanlarda ateroskleroz əlamətləri də itməyə başlayıb.  Həmçinin siçanlarda iltihabi proseslərə səbəb olan immun hüceyrələrinin də sayı kəskin azalmışdı. 

Ona görə də alimlər heyvan ürək və aortasının toxumalarının ateroskleroz xəstələri üçün uyğun olduğu qənaətinə gəlib. Əgər belə tərkibdə BAD hazırlansa, aterosklerozun profilaktikasında da uğurla tətbiq oluna bilər.
 
Biz isэ bu BAD preparatınжт nə vaxt istehsal olunduğunu gözləmədən, mal ürəyini bişirib yeyə bilərik. Çünki Avropa ölkələrindən fərqli olaraq, bizdə mal-qara içalatını yemək ənənəsi var.