Saçı çox tökülən kişilər bu xəstəlikləri yoxlatsınlar - Dazlaşmanın səbəbləri

  • 2019.02.06 18:21
  • 23405 Baxış
Saçı çox tökülən kişilər bu xəstəlikləri yoxlatsınlar -  Dazlaşmanın səbəbləri




Kişilərdə keçəlləşmə ürək xəstəliyi riskinin artmasından xəbər verir.





Medicina.az-ın məlumatına görə, Tokio Şəkərli Diabet  fakultəsinin mütəxəssisləri 37.000 kişi arasında apardıqları analizlərin nəticəsində bu qərara gəliblər ki, keçəlləşmə və dazlaşma nə qədər çoxdursa, ürək qan damar riski bir o qədər yüksəkdir. 




Kişilərdə xüsusən qulaq arxası və başın arxasında dazlaşma aşağıdakı risklərin əlaməti ola bilər:




-Prostat xəstəlikləri








-Xroniki iltihab




-Testosterona həssaslıq




Məhz bu faktorlar ürək –qan damar xəstəliklərini tezləşdirir. 




Ürəyin işemik xəstəliyi ilə dazlaşma arasında birbaşa əlaqə var. Həkimlər bu fakta diqqət yetirsə yaxşı olar. Dazlaşma problemi olan kişilər tərkibində testosteron olan qida əlavələri, idman qidalarından uzaq dursunlar. Çünki bu qidalar saçların daha sürətlə tökülməsinə səbəb olacaq. Kişilər dazlaşmadan saç əkdirməklə canlarını qurtara bilərlər. Amma bu onlarda ürək xəstəlikləri riskini azaltmır. 




Odur ki, saçlardan çox ürək-qan damar sistemini nəzarətdə saxlayın.