Səhiyyə Nazirliyi məşhur ginekoloqun ölümünü TƏSDİQLƏDİ

  • 2018.04.03 15:50
  • 50208 Baxış
Səhiyyə Nazirliyi məşhur ginekoloqun ölümünü  TƏSDİQLƏDİ
"Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva vəfat edib.


Həkimin qəfildən təzyiqi qalxıb və beyninə qan sızıb.


Onun həyatını xilas etmək mümkün olmayıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Medicina.az-a faktı təsdiqləyib.


Nəzərinizə çatdıraq ki, cərrah mama-ginekoloq Dr.Sabina Mirzəyeva 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib. 2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib. 2012-ci ildə Almaniyanın Hamburg şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğum üzrə təhsil proqramı keçib. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib. Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştirakçısı olub. Həkim ailəli olub, iki oğlu var.