Şəkər xəstəliyi sürətlə yayılır - VİDEO

  • 2018.01.05 10:26
  • 25148 Baxış
Şəkər xəstəliyi sürətlə yayılır -  VİDEO
Azərbaycanda son 7 ildə qeydiyyata düşən şəkərli diabet xəstələrinin sayı 100 min nəfər artıb. Bu dəhşətli xəstəlik hər il daha çox insanı əhatə edərək cavanlaşmaqdadır.

 

Medicina.az Xəzər xəbərə istinadən xəbər verir ki, Respublika üzrə şəkərli diabet xəstəliyinə yoluxanların sayı artır. Belə ki, 2011-ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin rəsmi qeydiyyatında 135 min 735 nəfər var idisə, hazırda bu say 242 min nəfəri ötüb. Bu isə Azərbaycanda hər yüz nəfərdən ikisinin şəkərli diabet xəstəsi olması deməkdir.


Maraqlısı isə budur ki, bu xəstəliyə yoluxanların beş faizə yaxını, yəni 9500 nəfərə yaxını 17 yaşınadək olan yeniyetmə va uşaqlardır. Şəkərli diabet xəstəliyinə yoluxanların 20 faizini 18-35 yaş arasında, 40 faizə yaxını 36-50, 33 faizini isə 65 yaşdan yuxarı insanlar təşkil edir..


Əksər hallarda insanlar şəkər xəstəliyini gizli keçirdiyindən bəzi məqamlara diqqət etmələri vacibdir. Ekspertlər bildirir ki, orqanizmdə baş verən bir sıra dəyişikliklər şəkər xəstəliyinin xəbərçisi ola bilər.


Məsələ ilə bağlı Respublika Endokrinologiya mərkəzinin direktoru Yusif İsmizadənin verdiyi məlumata görə, hər il dünyada şəkər xəstələrinin sayı 10-12 faiz artır. Azərbaycanda isə coxlu sayda insan şəkər xəstəsi olsa belə bundan xəbərsiz olur və onların xəstəliyi məhz yoxlamalar zamanı üzə çıxıb. Buna görə də son 7 ildə qeydiyyata düşən şəkər xəstələrinin sayı 100 min nəfərdən artıq olub.