Sistitdən əziyyət çəkənlərə 5 xalq təbabəti çarəsi - Dərmandan ucuz

  • 08 Fevral, 2019
  • 8260 Baxış
Sistitdən əziyyət çəkənlərə 5 xalq təbabəti çarəsi - Dərmandan ucuz

Sistit daha çox uşaq və qadınlarda rast gəlinən sidik kisəsi və sidik yollarının iltihabi infeksion xəstəliyidir.

Bu zaman xalq tabəbəti metodu ilə müalicədə sizin köməyinizə cəfəri və çobanyastığı çata bilər.

Medicina.az xəbər verir ki, çobanyastığı antiseptik, iltihabəleyhinə, spazm qaldırıcı təsir edir. 

Bunun üçün 1 xörək qaşığı aptek çobanyastığının üzərinə 1 stəkan qaynar su alıb, qapağı bağlayıb, 15 dəqiqə dəmə qoyun. Gündə 3 xörək qaşığı gündə 3 dəfə içilir.

Çobanyastığından vanna da edə bilərsiz. Belə ki, vannaya çobanyastığı dəmləməsi əlavə edib, onun içində outrun.

Çobanyastığı çiçəkləri dəmləməsi ilə yuyunmaq üçün də məhlul hazırlaya bilərsiz. 

Cəfərini isə belə hazırlayın. Təzə cəfərini doğrayıb, üzərinə 1 stəkan qaynar su alıb, zəif odda 10 dəqiqə hazırlayın. Sonra süzüb, gündə 3 dəfə stəkanın az hissəsində qəbul edin. 

Cəfəri toxumundan 1 çay qaşığı götürüb, 2 stəkan soyuq su alıb, 10 saat bir kənarda qoyun. Sonra süzüb, gündə az-az bir neçə dəfə qəbul edin.