Təcili tibbi yardım - Bütün məlumatlar/ NÖMRƏLƏR

  • 2017.07.27 14:33
  • 1404465 Baxış
Təcili tibbi yardım -  Bütün məlumatlar/ NÖMRƏLƏR
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidməti əhalinin 7 gün 24 saat xidmətindədir. "103” çağırış xidmətinin fasiləsiz fəalliyətinin təmin edilməsi üçün 2 ayrı istiqamətin bir-birini əvəz edə  biləcək kabel stansiyası var. GPRS üzərindən də təcili tibbi yardım stansiyaları və avtomobillərin mərkəzləri ilə əlaqə saxlamaq olar.  Onların daxil olması, icrası və stansiyaya qayıtma vaxtları monitorda izlənilir. Təcili yardımın çağırışa çatma müddəti maksimum 20 dəqiqədir. Bir çox hallarda  daha tez, yaxın ünvanlara hətta 3 dəqiqəyə çatırlar.


Hər kəs sağlamlıq və həyat üçün təhlükəli olan bir vəziyyətə düşərsə, ilk növbədə 103 nömrəsinə zəng vurmaqla "təcili yardım” çağırmalıdır. İdeal halda – kömək edənlərdən biri "təcili yardıma” zəng etməli, digəri isə ləngimədən zərərçəkənə həkimə qədərki ilk tibbi yardım göstərilməsinə başlamalıdır. Həyat üçün təhlükəli olan aşağıdakı hallarda "təcili yardım” çağrılması mütləq tələb olunur:


- yaralanmalar;

- suda boğulma;

- qanaxmalar;

- yanıqlar;

- travmalar;

- doğuş;

- huşun itirilməsi;

- qıcolmalar;

- ürək nahiyyəsindəki güclü ağrılar;

- heyvanlar tərəfindən dişləmələr;

- arterial təzyiqin kəskin şəkildə yüksəlməsi və ya enməsi;

- ürək fəaliyyətinin və tənəffüsun dayanması;

- ilan sancması;

- donvurma;

- şok;

- elektrotravmalar;

- kəskin ağrılar və s. bu kimi hallar.


"Təcili yardıma” zəng etdikdə həyacanlanmayın, ünvanınızı (küçənin adı, evin, blok və mənzilin nömrəsi, mərtəbə) dəqiqliklə söyləyin, xəstənin adını və yaşını, onunla nə baş verdiyini, hazırda vəziyyətinin necə olduğunu qısa izah edin. "Təcili yardımın” dispetçerinin bütün suallarına təmkinlə, hirslənmədən cavab verin . Çünki bu önəmlidir. "Təcili yardım” ünvanınızı tapmaqda çətinlik çəkdiyi halda sizə zəng vurmaq üçün mütləq öz telefon nömrənizi də verin. Zəng vurarkən telefon aparatının yanında kağız və qələm də saxlayın ola bilər ki, "təcili yardım” gələnə qədər həkim sizə bəzi məsləhətlər də verə bilər. Heç bir  halda, "təcili yardımın” dispetçeri telefon danışığını özü bitirməyənə qədər onunla əlaqəni kəsməyin. "Təcili yardım” maşınını qarşılamaq üçün mütləq küçəyə çıxın. Yaşadığınız ərazini tapmaq çətin olduğu halda (özəl ev, yeni tikilən binalar və s.) bu xüsusilə vacibdir. Bu yolla siz vaxta xeyli qənaət edərək "təcili yardımın” sizə daha tez çatmasına yardım edərsiniz.


 Bakı şəhəri Təcili tibbi yardım nömrələri:

1 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 80/1 AZ1033

(+99412) 566-58-85


10 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi, 87 AZ1044

(+99412) 454-45-45


10 saylı Təcili Tibbi Yardım Stansiyası Xəzər filialı

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi AZ1044

(+99412) 453-05-53


11 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Əmircan qəsəbəsi, Suraxanı rayonu, Mədən küçəsi AZ1042

(+99412) 458-10-33


11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialı

Bakı, Hövsan qəsəbəsi, Suraxanı rayonu, 12/13 AZ1000

(+99412) 457-69-74


12 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Sabunçu rayonu, İlyas Aslanov küçəsi, Sabunçu, 5 AZ1034

(+99412) 450-03-00


13 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Sülh küçəsi, 33 AZ1040

(+99412) 428-30-00


14 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Maştağa qəsəbəsi, Sabunçu rayonu, Axund Mirzə Abdulkərim küçəsi, 72 AZ1039

(+99412) 455-03-31


15 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ülvi Bünyatzadə küçəsi, 1 AZ1063

(+99412) 445-30-32


16 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Binəqədi rayonu, Mədən küçəsi, 30 AZ1053

(+99412) 411-13-03


17 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Biləcəri qəsəbəsi, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, 9 AZ1117

(+99412) 406-27-13


18 saylı Təcili Yardım Stansiyası

Bakı, Buzovna qəsəbəsi, Ağamalı küçəsi, Xəzər rayonu, 20 AZ1090

(+99412) 453-11-95


2 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 24 AZ1025

(+99412) 490-34-73


20 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Qaradağ rayonu, Sahil qəsəbəsi, 9 AZ1083

(+99412) 446-18-36


21 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, 28 May küçəsi, Səbail rayonu, 6 AZ1000

(+99412) 493-72-59


22 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Yeni Günəşli qəsəbəsi, Suraxanı rayonu, 31 AZ1035

(+99412) 477-63-99


3 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Səbail rayonu, Mirzə Mustafayev küçəsi, 7/9 . AZ1003

(+99412) 491-00-03


4 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Yasamal rayonu, Şərifzadə küçəsi, 43 AZ1122

(+99412) 432-89-02


5 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, 3-cü mikrorayon, Cavadxan küçəsi, 20 A AZ1011

(+99412) 530-12-33


6 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Nizami rayonu, Əzim Əzimzadə küçəsi, 20 AZ1096

(+99412) 421-17-27


7 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Əhmədli qəsəbəsi, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 314 AZ1123

(+99412) 371-53-50


8 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 19/21 AZ1110

(+99412) 595-48-85


9 saylı Təcili Tibbi Yardım Stansiyası

Bakı, Biləcəri qəsəbəsi, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, 25 AZ1125

(+99412) 513-83-03


Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası

Bakı, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 AZ1110

(+99412) 440-42-33


Respublika Təcili Yardım Stansiyası

Bakı, Yasamal rayonu, Şərifzadə küçəsi, 212 AZ1000

(+99412) 431-62-91


Təcili Tibbi Yardım Stansiyası

Bakı, Səbail rayonu, Badamdar şossesi, 31 AZ1000

(+99412) 493-06-00


TƏCİLİ TİBBİ YARDIM STANSİYALARI



1. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyası - 9 mikrorayon, H.Babaşov 25513-83-03


2. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 16 saylı köməkçi yardım stansiyası - Binəqədi qəsəbəsi, I mədən korpus 30411-13-03


3. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyası - Biləcəri qəsəbəsi, R.İsmayılov 9406-27-03

  


     Rayonlarda təcili tibbi yardım mərkəzləri:

1.Lənkəran şəh.      -  TYS        Cavanşir küç.              25-5-40-93

 

2.Gəncə şəh.         -  TTY        H.Əliyev pr.316           256-87-55, 256-63-77, 256-88-28,

                                                                   256-53-42, 256-47-32,256-34-64,

                                                                   56-58-38, 56-61-47

                        -   TYS      H.Əliyev pr.316             256-53-66,256-54-91

 

3.Mingəçevir şəh.    -  TYS       A.Məmmədov küçəsi 14    274-83-03

 

4.Şəki şəh.           -   TYS      M.Rəsulzadə 164             4 52 15