Uçuq zamanı istifadə edilən təbii üsullar

  • 2019.02.11 10:33
  • 6834 Baxış
Uçuq zamanı istifadə edilən təbii üsullar

Herpes kimi tanınan və bədəndə uçuqlara səbəb olan virus müalicə olunduqda belə orqanizmdən tamamilə təmizlənmir və sinir hüceyrələrində yaşayır.  


Medicina.az sizə ev şəraitində uçuğun aradan qaldırılmasının yollarını açıqlayır:  


Sarımsaq


Sarımsaq, güçlü bir təbii bakteriya əleyhinə xüsusiyyətə malikdir və uçuq zamanı yaxşı təsir göstərir. Dodaqlarınızda qıcıqlanma hiss etdiyiniz zaman sarımsağı kəsərək həmin nahiyəyə sürtün. Tez bir zamanda müsbət effekt əldə edəcəksiniz. 


Aloe vera


Aloe vera bakteriya əleyhinə bir tərkibə malikdir və bir çox infeksiyaların qarşısını alır. Bu bitki eyni zamanda ağrı və narahatlığı aradan qaldırır və sağalmanı sürətləndirir.

 

Uçucu yağlar


Nanə və çay ağacı efir yağları antiviral, antibakterial və antiseptik xüsusiyyətləri ilə tanınır və bəzi araşdırmalar bu yağların erkən mərhələlərdə tətbiq edildikdə yaraların əmələ gəlməsinin qarşısını aldığını göstərir. 


C vitamini


Herpes zamanı immunitetin güçləndirilməsi çox vacibdir. C vitamini də yaxşı bir antioksidant və immunitet gücləndiricisi kimi tanınır.  


E Vitamini


E Vitamini zədələnmiş dəri hüceyrələrinin yenilənməsinə və böyüməsinə kömək edir. Bunu əldə etməyin iki üsulu var: E vitaminini zədəli dəriyə birbaşa tətbiq edə ya da tərkibində yüksək miqdarda E vitamini olan qidalar istifadə də bilərsiniz. 


Arzu

Medicina.az