Uşaqlar üçün möcüzə çay- Təbiətin gücü

  • 2019.03.11 17:24
  • 20699 Baxış
Uşaqlar üçün möcüzə çay-  Təbiətin gücü
Evdə uşaq xəstələnəndə valideynləri düşündürən ilk məsələ hansı dərmanı, bitkini, çayı uşağa verməkdir ki, tez sağalsın.


Medicina.az sizə illərin sınanmış çay reseptini təqdim edir. Bu çayı təbiətin gücü adlandırırlar.  Hətta həkim uşağa dərman təyin etsə də, müalicə ilə yanaşı bu çayları tətbiq edin.


1.İtburnu çayı


Onda C, B2, P vitaminləri vardır. İtburnu immuniteti qaldırır, gücü bərpa edir, ödqovucudur. Uşaqlar üçün hazırlanması: 1 xörək qaşığı itburnunun üzərinə 1 stəkan qaynar su əlavə edib, ağzı bağlı 10 dəqiqə dəmlənir, sonra süzülüb içilir. Çay gündə 3 dəfə yeməkdən öncə içilir. 


2.Çobanyastığı çayı 


Köpmə, rotarovirusda, mədə-bağırsaq iltihabı, angina, iltihablarda, allergiyalarda çox yaxşı kömək edir.  Eləcə də bu çayla kompress, qarqara, inhalyasiya etmək olar. Uşaqlar üçün 1 xörək qaşığı çiçəui 1 stəkan qaynar suda dəmləyib, soyudur, süzür. Yeməkdən öncə 2 xörək qaşığı olmaqla içirlər.


3.Giciktkan – çox sayda vitamin ehtiyatı var. Böyrək, ağciyər soyuqdəymələrində, həzm problemində içilir. Uşaqlara gündə 3 dəfə 1 çay qaşığı ilə içirdilir.


Nəzərdə saxlayın ki, belə çaylar uşaqlara stəkanla çox miqdarda verilmir.