Yeni “pensiya” yaşına kimi çatmağın sirləri – Şərab için, çox yatın, rəqs edin, yenidən evlənin

  • 2018.08.14 18:36
  • 25013 Baxış
Yeni “pensiya” yaşına kimi çatmağın sirləri –  Şərab için, çox yatın, rəqs edin, yenidən evlənin
Artıq bir çox MDB ölkələrində Azərbaycandakı kimi yaşlı insanlar üçün yeni pensiya yaşı təyin olunur. Bunu onunla əsaslandırırlar ki, müasir insanın ömrü uzanıb, gec qocalır və çox işləyə bilər. Əslində iş olan ölkələr üçün bu əla qanundur. Amma işsizlik, yoxsulluq və qeyri-sağlamlıq həddi yüksək olan ölkələrdə kişinin 65, qadının 63 yaşında pensiya görməsi əhalinin yaşlı təbəqəsi üçün arzu olunan deyil. 


Hazırda MDB ölkələri və Azərbaycanda qadınlar üçün orta yaş həddi 72, kişilər üçün 67 -68 il təyin olunub. O zaman indiki yaşlıların daha az müddət təqaüd alacağı məlum olur. Artıq indidən çox insanlar pensiya gününə kimi yaşamayacaqlarını proqnozlaşdırıb. 


Bəs necə etməli ki, bu amansız qanunlara rəğmən yeni pensiya yaşına kimi çatıb, daha uzun müddət pensiya almaq mümkün olsun.


Medicina.az tibb ekspertlərinin yaşı 50-dən yuxarı insanlara bu mövzuda qızıl məsləhətlərini təqdim edir:

 

 



1.Qırmızı şərab için


Düzdür Səhiyyə nazirliyi xəbərdarlıq edir ki, şərab sağlamlığa zərərdir, amma elmi araşdırmalar əksini deyir. Qırmızı şərabda olan komponent beyini qocalmaqdan qoruyur və daha aktiv saxlayır. Qaydasında, normada qəbul edilən keyfiyyətli şərab Alsmeyger və Parkinson xəstəliyinin profilaktikası üçün effektivdir. Həm də qırmızı şərab maddələr mübadiləsi və əhval-ruhiyyə üçün də yaxşıdır. 


Alimlər qocalıq demensiyasına qarşı gündə 200 ml-dən artıq şərab içməməyi məsləhət görür. Şərabı tərəvəz və meyvələrlə qəbul edin. 


2.Çoxlu rəqs edin


Yaşlı insanlar üçün idman ağır olduğundan, idmanı əvəz edəcək effektiv vasitə rəqsdir. Rəqs hərəkətləri həm  fizikiə, həm mənəvi və zehni effekt verir. Aparılan təcrübədə yaşı 60-68 arasında olan insanlar 2 qrupa ayrılaraq, biri rəqsə, digəri fitnesə göndərilib. 6 aydan sonra rəqsə gedənlərin vestibulyar və hərəkət-dayaq aparatında və beynində yaxşılaşma müşahidə olunub. 


Rəqs hətta velosiped sürməkdən də çox beyni aktivləşdirir, insana fərqlilik gətirir. Ona görə 65 yaşdan sonra gümrah yaşamaq üçün 55 yaşdan aktiv olaraq rəqs və ya yoqa ilə məşğul olun. 


3.Hər şeyi yaşıl çayla qəbul edin


Alimlər güman edir ki, yaşlı insanların səhhətinə zərbə vuran onların yeknəsək, zəif qidasıdır. Yaşlılar hətta müxtəlif fast-food da yeyə bilər, bir şərtlə ki, mütləq yaşıl çay içsinlər. 


Siçanlar üzərində aparılan təcrübədə bir qrupa normal qida, digərinə fast-food, üçüncü qrupa isə zərərli qida ilə  yaşıl çayın aktiv komponenti də verilib. 

Zərərli diyetada olan gəmiricilər qısa müddətdə kökəldi, yaddaş və zehni reaksiyaları da zəiflədi. Amma zərərli qida ilə birgə yaşıl çay qəbul edən siçanlar normal qidalanan siçan qrupu kimi aktivlik nümayiş etdirdilər. Ona görə yaşlı adamlar bütün çayları bir kənara qoyub, yaşıl çay içsinlər. o zaman istədiklərini yeyə bilərlər.


4.Qəhvə için


Sağlam həyat tərzi seçənlər qəhvədən uzaq durur. Əgər sizin məqsədiniz ağıllı qocalmaqdırsa, o zaman kofeindən özünüzü məhrum etməyin. 

Araşdırmalar göstərib ki, qəhvə içməyənlərdə qəfil və vaxtsız ölüm halları çoxdur, nəinki günə bir fincan qəhvə qəbul edənlərdə. Qəhvə infarkt, insult riskini də 18% azaldır. Kofein Alseygeymer xəstəliyinə qarşı beyində ferment sintez olunmasına kömək edir. 


Əgər təzyiqiniz yüksəkdirsə, siz kofeinsiz qəhvə içə bilərsiz. 


5.Tək qalmayın, ailə qurun, yar tapın

Çoxsaylı psixoloji tədqiqatlar sübut edib ki, yaşlı vaxtı ailəsi olan, münasibəti olan insanlar daha uzun ömür sürür. Xüsusən yaşlı kişilər tək qalmamalıdır. Onlar özlərini çox zəif və pis hiss edir. Yaşlanma dövründə emosional dəstək çox vacibdir. Həyat yoldaşını itirən fərdlər 2 il ərzində yenidən evlənmək barədə düşünməlidir. O ki qaldı evli cütlüklərə.

 

Burda əsas ailədə kişi qadının bir-birinə münasibədir. Evli olub, bir-birinə sevgi, qayğı, diqqət yoxdursa, hərə özü üçün yaşayırsa, o zaman bu cütlüklərin səhhətində mənfi hallar daha çox olacaq. Sağlam və yaxşı yaşamaq üçün sağlam şəxsi münasibətlər vacibdir.

Yeni “pensiya” yaşına kimi çatmağın sirləri –  Şərab için, çox yatın, rəqs edin, yenidən evlənin