Yeni yapışqan hazırlanıb - Yaralar anında bitişir/VİDEO

  • 2018.03.31 10:40
  • 35549 Baxış
Yeni yapışqan hazırlanıb -  Yaralar anında bitişir/VİDEO
Yaraları tikiş vurmadan sağaldan elastikli yapışqan hazırlanıb.


Medicina.az xəbər verir ki, bu növ yapışqanın cərrahi əməliyyatlar zamanı istifadə olunmasına icazə verilib.


"Metro" adlandırılan yeni yapışqandakı zülallar ultrabənövşəyi şüaların təsiri ilə elastik, amma möhkəm maddəyə çevrilir. "MeTro" yaraya sürtüləndən sonra onu bir dəqiqənin içində bağlayır. Maddə bundan sonra tədricən sorulur və aralanmış parçalar bərpa olunur. Alimlər qeyd edir ki, bundan sonra cərrahların uzun müddət istifadə etdikləri tikişlərə və metal qövslərə ehtiyac olmayacaq Bundan başqa, yapışqan təcili hallarda, məsələn avtomobil qəzalarında əvəzedilməz olacaq.

 

Qeyd edək ki, yapışqanın sorulması bir neçə saat və ya bir neçə ay da davam edə bilər.