Bir ovuc qoz insult və infarkta qarşı – Kardioloqlar təsdiq etdi

  • 2019.02.20 17:31
  • 16463 Baxış
Bir ovuc qoz insult və infarkta qarşı –  Kardioloqlar təsdiq etdi
Cəmi bir ovuc qoz yemək ürək tutması və insultun qarşısını ala bilər. Bu barədə London İmperial kollecinin alimləri məlumat verib. 


Medicina.az xəbər verir ki, diabet xəstələri üzərində aparılan təcrübədə xəstələrə həftədə 5 gün 7-9 qoz və 24 badam yedizdirilmişdi. Bir neçə həftədən sonra onların ürək-damar sistemi yoxlanılmışdır. Onlarda insult və infarkt riski 34% azalmışdır. 


Əgər insan müntəzəm olaraq bir ovuc qoz-badam yeyərsə, ürək-damar səbəbindən erkən ölüm riskindən 27% sığortalanmış olur. 


Ümumiyyətlə, qoz qanda şəkəri, təzyiqi normada saxlamağa səbəb olaraq, damar divarının iltihabının qarşısını alıb.